Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-48/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, X1 və X6 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsinə izah verilməsinə dair tələbkar "xxxx" MMC tərəfindən verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsinə izah verilməsinə dair tələbkar "xxxx" MMC ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Nəsimi Rayon İcra Hakimiyyati Başcısının 27 dekabr 2016-cı il tarixli 245 sayll sərəncamı ilə Nəsimi rayonu Azadllq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişmələrindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinın ərazisində, ünvan 1 ünvanında yerləşməklə cavabdeh X2 mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68,70 kv. metr olmaqla, iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.metr olmaqla, 3 otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 87,14 kv.metr təmirli 3 otaqlı yaşayış sahəsinin mülkiyyətçi X2 adına rəsmiləşdirilməsi, yeni mənzil təmirli vəziyyətdə təhvil verildikdən sonra cavabdehlər X11, X7, X20, X21, X14, X15, X8, X6 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yeni mənzilə köçürülməsi şərti ilə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 22 ünvanında yerləşən mənzildən cavabdehlər X11, X7, X20, X21, X14, X15, X8, X6 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin mənzilin boşaldılması və qəzalı vəziyyətdə olan həmin mənzilin "xxxx" MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət etmişdir. Hal-hazırda mülkiyyətçi X4 ərizə ilə müraciət edərək, onlara ayrılmış torpaq sahəsinin ərazisində ünvan 1 ünvanında yerləşməklə cavabdeh X2 mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68,70 kv. metr olmaqla, iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.metr olmaqla, 3 otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 87,14 kv.metr təmirli 3 otaqlı yaşayış mənzilinin ona verilməsini tələb etmişdir. Mülkiyyətçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, “Nəsimi Rayon Məhkəməsində 2019-cu ildə mülki mübahisə üzrə qətnamə çıxarılmış və həmin dövrdə qətnamədə adları qeyd edilən şəxslər - Füzuli rayonunda məcburi köçkün kimi onun mülkiyyətində maskunlaşıblar. Lakin hal-hazırda artıq 5 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib və qətnamdədə adları qeyd edilən şəxslərin məcburi köçkün statusları ləğv edilib. Onlar artıq məcburi köçkün deyillər. Hətta cənab Prezident də öz çıxışları zamanı işğaldan azad olmuş əhaliyə “keçmiş məcburi köçkünlər” deyə xitab edir. Yəni artıq zərurət aradan qalxıb və onun mülkiyyətinin zəbt edilməsinə səbəb olan hal mövcud deyil. Bu halın sübuta ehtiyacı yoxdur.” Buna görə də, mülkiyyətin ona təhvil verilməsini onlardan tələb edir. Yaranmış bu ziddiyətlərlə bağlı məhkəmə qətnaməsinin izah edilməsi barərə qərardad qəbul olunması xahiş edilmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında tələbkarın nümayəndəsi X16 izahatında binanın tikilib, mənzilin təmir olunduğunu, bununla da mənzilin təhvil verilməyə hazır olduğunu, lakin daha öncədən mənzildə məcburi köçkünlərin məskunlaşdığını qeyd edərək, qətnaməyə izah verilməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə iclasında borclu X8 izahatında bildirdi ki, mənzilə köçürülmələri barədə qətnamənin olmasına baxmayaraq, ortada təhvil verilməyə hazır olan mənzil yoxdur. O, evi 1992-ci il tarixdə Mənzil Kommunal İstismar Sahəsindən almışdır. Ev ona məxsus olduğu halda necə başqa şəxsin adına rəsmiləşdirilib müəmmalıdır. Şirkət daha öncədən onlara kirayə haqqı ödəyirdi. İndi isə kirayə haqqını da ödəmir. Mənzil hazır vəziyyətdə deyil, istilik, elektrik enerjisi və su təchizatı ilə təmin edilməyib. Mülkiyyətçi deyilən xanımı bir dəfə də olsun görməyib. Qətnamə icra olunmalıdır. İzahatının sonunda ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında borclu X17 ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkarın nümayəndəsi, digər borclular və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclular E.Mustafayevin və Ş.Alıyevanın izahatlarını dinləyib, ərizəni və iş materiallarını, eləcə də ərizənin bağlı olduğu 2(006)-1234/2019 saylı mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin təmin edilməsi, Nəsimi Rayon İcra Hakimiyyati Başcısının 27 dekabr 2016-cı il tarixli 245 sayll sərəncamı ilə Nəsimi rayonu Azadllq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsismələrindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinın ərazisində, ünvan 2 ünvanında yerləşməklə cavabdeh X2 mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68,70 kv. metr olmaqla iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.metr olmaqla 3 otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 87,14 kv.metr təmirli 3 otaqlı yaşayış sahəsinin mülkiyyətçi X2 adına rəsmiləşdirilməsi, yeni mənzil təmirli vəziyyətdə təhvil verilənədək aylıq 350 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla, eyni zamanda yeni mənzil təmirli vəziyyətdə təhvil verildikdən sonra cavabdehlər X11, X7, X20, X21, X14, X18, X25, X12, X15, X8, X6 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yeni mənzilə köçürülməsi şərti ilə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 22 ünvanında yerləşən mənzildən cavabdehlər X4, X13, X22, X19, X11, X7, X20, X21, X14, X18, X25, X12, X15, X8, X6 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin mənzilin boşaldılması və qəzalı vəziyyətdə olan həmin mənzilin (Süleyman Rüstəm küçəsi ev 22 ünvanında yerləşən) "xxxx" MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını qət edilmişdir (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7236/2019 saylı qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır). - X2 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində ünvan 3 ünvanında yerləşməklə onun mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68,70 kv. metr olmaqla, iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.metr olmaqla, 3 otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 87,14 kv.metr təmirli 3 otaqlı yaşayış mənzilinin ona verilməsini tələb etmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. - "xxxx" MMC ilə (birinci tərəf) ilə X8 (ikinci tərəf) arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən hər bir tərəf aşağıda göstərilən öhdəlikləri öz üzərinə götürmüşdür: * Nəsimi rayonu Azadlıq prospekti Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə inşa edəcəyi yeni yaşayış binasının A blokunda mülkiyyətçi X2 adına rəsmiləşdirilməklə veriləcək yeni mənzil tam hazır vəziyyətdə təhvil verilənədək, ikinci tərəfin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayışını təmin etmək üçün hər ay 600 manat məbləğində kirayə haqqını ikinci tərəfin bank hesabına ödəmək (xx.xx.2019-cu il tarixdən mənzil boşaldılıb və təhvil verilib. Müqavilənin xx.xx.2019-cu il tarixdən bağlanmasına baxmayaraq, 4 aydır ki, kirayə haqqı şirkət tərəfindən ödənilib); * Nəsimi rayonu Azadlıq prospekti Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə inşa edəcəyi yeni yaşayış binasının A blokunda mülkiyyətçi X2 adına rəsmiləşdirilməklə veriləcək yeni mənzil tam hazır vəziyyətdə təhvil verildikdən sonra ikici tərəfin ailə üzvləri ilə birlikdə, o cümlədən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsində nəzərdə tutulan şərtlər daxilində həmin mənzilə müvəqqəti olaraq köçüb yaşamasına şərait yaratmaq. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəfindən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyətli olduqda işi həll etmiş, hakim (məhkəmə tərkibi) məhkəmənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, tərəflər arasında yaranmış mübahisəyə dair 20 fevral 2019-cu il tarixdə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmiş, lakin şirkət (tələbkar) məhkəməyə müraciət edib, qətnaməyə izah verilməsini xahiş etmişdir. Tələbkarın bildirdiyinə görə qətnamənin tərəflərindən icrası zamanı qeyri-müəyyənlik yaranmışdır. Qeyri-müəyyənlik mənzilin konkret olaraq kimə təhvil verilməli olması barədədir. Bu səbəbdən ərizə əsasında qətnaməyə izah verilməsi zəruridir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisənin yekunlaşması ilə nəticələnən qətnamə aydın və anlaşılandır. Belə ki, vaxtı ilə şirkət təkcə mülkiyyətçini deyil, eyni zamanda X11, X7, X20, X21, X14, X18, X25, X12, X15, X8, X9 da cavabdeh qismində cəlb etmiş, həmin şəxslərin mənzili təhvil verməsini və sair tələb etmişdir. Tərəflər arasında mübahisəyə baxan məhkəmə mənzilin mülkiyyətçi X3 təhvil verilməli olması qənaətinə gəlməklə yanaşı, məhz şirkət tərəfindən irəli sürülmüş tələbə uyğun, yəni X11, X7, X20, X21, X14, X18, X25, X12, X15, X8, X6 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yeni mənzilə köçürülmələri barədə qətnamə qəbul etmişdir. Bununla da mənzilin mülkiyyətçi olan X3 təhvil verilməli olması barədə mövqe qətnamədə kifayət qədər aydın ifadə edildiyi üçün məhkəmə ərizə əsasında qətnaməyə izah verməsini lüzüm hesab etmir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qanunvericiliyə görə məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, məhkəmə aktlarına izah verilməsi institutu mübahisənin mahiyyəti üzrə həll edilməsinə deyil, yalnız izah verilməsi xahiş edilmiş aktın məzmununda olan qeyri-müəyyən ifadələrin və ya halların aydınlaşdırılmasına yönəlmişdir. Yəni, məhkəmə aktına izah verərkən məhkəmə əlavə sübutlar tələb etmədən və araşdırmadan müvafiq aktda aydın olmayan halları izah edir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsinin izah edilməsi barədə "xxxx" MMC-nin ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 230.1, 230.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsinin izah edilməsi barədə "xxxx" MMC-nin ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-48/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-48/2025
04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver