Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-480/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, tələbkar X2, Borclu iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar X2 alimentin indeksasiyanın həyata keçirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 117 (yüz on yeddi) manat, ümumilikdə 234 (iki yüz otuz dörd) manat aliment məbləğinin indeksasiya edilərək hər uşağa görə 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat alimentin tutularaq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 cavabdeh Borclu ilə nikahlarının pozulması faktı Nəsimi rayon qeydiyyat Şöbəsinin xx.xx.2017-ci il tarixli, 261851 saylı “nikahın pozulması haqqında'’ şəhadətnamə ilə öz təsdiqini tapır. Birgə rəsmi nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X12 ərizəçinin himayəsində saxlanmışdır. Nikahın pozulması zamanı Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə hər uşağa görə 117 (yüz on yeddi) manat aliment məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Borclu üzərinə qoyulmuşdur. Halhazırda cari qanunvericiliyə əsasən minimum aliment məbləği 246 (iki yüz qırx altı) manat təşkil edir və ərizəçi də müvafiq qətnamə ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər uşağa görə 246 (iki yüz qırx altı) manat müəyyən edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu ərizəni qəbul etməyərək bildirdi ki, 4500 manat məbləğində borcu var idi. 3 ay bundan qabaq həmin borcu ödəmişdir. 2 ilin alimentini birdəfəlik ödəmişdir. Atası onkoloji xəstədir. Alimenti hər ayın 22-si ödəməli olduğu halda, hələ ki, ödəyə bilməmişdir. Hazırda aliment məbləği artırılsa, ödəniş edə bilməyəcək.Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 11898037 və 11898038 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinə əsasən Bağırov Mehdi xx.xx.2014-cü il tarixdə, Bağırova Xanım isə xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, ataları Borclu, anaları Bağırova Sitarədir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 261851 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Borclu və X5 arasında bağlanmış nikaha xx.xx.2017ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X5 ilə cavabdeh Borclu arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış və 807 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçının yanında saxlanılması, cavabdeh Borclu xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 117 manat, cəmi 234 manat, həmçinin uşaqlar üç yaşına çatanadək 30 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7865/2015 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin xx.xx.2013-cü il təvəllüdlü X8 təyin edilmiş alimentin tutulma vaxtı və uşaqlar üç yaşına çatanadək cavabehdən iddiaçının xeyrinə aliment tutulması hissəsində ləğv edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin uşaq X3 qaytarıldığı andan cavabdehdən tutulmağa başlanması, uşaqlar üç yaşına çatanadək cavabdehdən iddiaçının saxlanması üçün aliment tutulması hissəsində iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 117 manat aliment məbləği həmin dövrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (105 manat) 1,11 mislini təşkil etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya edilməli və qərardadın qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yettkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1344/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya edilsin. Qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yettkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №8(006)-480/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-480/2025
28.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver