Məhkəmə qərarları › İş №8(006)-486/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-486/2025

19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-486/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İ.Təsviri hissə. 1.İşin halları: Tələbkar Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları– xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Borclu ilə X6 arasında 19 iyun 2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 430 nömrə ilə qeyd edilmiş nikah pozulması,tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X9 anaları X3 yanında qalmaları, Borclu övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlnnılmssı üçün xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat aliment tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir.

2. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş ərizəçi X6 izahatında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Borclu hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. İİ.Əsaslandırma.

3. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cü il il tarixli sərəncamı: Minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilsin. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

4. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndlərindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Borclu ilə X6 arasında 19 iyun 2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 430 nömrə ilə qeyd edilmiş nikah pozulması,tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X9 anaları X3 yanında qalmaları,Borclu övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat aliment tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Həmçinin, "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cü il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir.Yəni, 2021-ci ilədək ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 250 manat olmuşdur. Belə olan halda Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu tarixli Sərəncamına əsasən müəyyən edilmiş 250 manat minimum aylıq əmək haqqı ilə indeksasiya edilmişdir. Şərh edilənlər nəzərə alınmaqla, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir, hər uşaq üçün 175 manat (qətnamədə tutulan alimentin məbləği) : 250 manat (2021-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı ) = 0.07 misli. Göründüyü kimi Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-500/202l nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə tutulan hər uşaq üçün 175 manat həmin dövr üzrə müəyyən edilmiş 250 manat minimum əmək haqqı 0.7 mislinə bərabərdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

Ərizə təmin edilsin. Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(006)-500/202l saylı, qətnaməsi ilə, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa 175 manat (2 uşağa görə 350 manat) təyin olunmuş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.7 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar