Məhkəmə qərarları › İş №8(006)-500/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-500/2021

29.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-500/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili Nümayəndə, borclu "X1 LLC" MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-11179/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinə əsasən borclu "X1 LLC" MMC-də Hüquq Şöbəsinin müdiri vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. İcra sənədi şöbənin icraatına 07.07.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. 25.08.2021-ci il tarixli notariusdan təsdiq edilmiş ərizəyə və barışıq sazişinə əsasən müəyyən edilmişdir ki, borclu ilə tələbkar arasında 23.08.2021 -ci il tarixdə barışıq sazişi imzalanmışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün borclu ilə tələbkar arasında bağlanmış sözügedən barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi və vəkili Nümayəndə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu "X1 LLC" MMC-nin nümayəndəsi və vəkili X3 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, icra sənədi üzrə icra icraatına xitam verilməsi üçün barışıq sazişinin təsdiq edilməsinə dair təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, Tələbkar ilə "X1 LLC" MMC arasında 23.08.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: -20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; -20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; -20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; -20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; -20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; -20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; [49] -20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi qanunverciliyin tələbinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də məhkəmənin tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etməsidir. Belə olan halda, qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün borclu ilə tələbkar arasında bağlanmış 23.08.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-21-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün borclu ilə tələbkar arasında bağlanmış 23.08.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar