Məhkəmə qərarları › İş №8(006)-549/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-549/2025

24.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-549/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2 Sabit qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Tələbkar və Borclu iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə quluqçusu Vüqar Qaralov təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra sənədi üzrə tələb təmin olunanadək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədi üzrə Birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkarə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi dərhal icra ötməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır, Göstərilənlərə əsasən və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 841-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz etməmiş, təqdimatda qeyd edilən borcu maddi imkanının olamamsı səbəbindən ödəyə bilmədiyini bildirmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə quluqçusu Vüqar Qaralova və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 231.2, 231.3-cü maddələrinə müvafiq olaraq təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın və borclunun izahatını dinləyib, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə quluqçusu Vüqar Qaralovun təqdimatını və ona əlavə olunmuş materialları, həmçinin hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e87949/2025-5-39 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni 3 ay müddətinə məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2025-023 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə İcra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutularaq icdiaçı Tələbkarə ödənilməlidir Bakı şəhəri Nəsimi İcra Şöbəsinin xx.xx.2025-cı il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2025-023 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə xx.xx.2025-cı il tarixli e87949/2025-5-39-003 saylı bildiriş borcluya göndərilmişdir. Borclu bildirişi xx.xx.2025-cı il tarixdə qəbul etdiyini imzası ilə təsdiq etmişdir. Təqdimatın ətraflı araşdırılmasını təmin etməkdən ötrü e87949/2025-5-39-003 saylı icra işi istənilmiş, 2(006)-241/2025-023 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin xx.xx.2025-cı il tarixdə şöbənin icraatına daxil olduğu, müvafiq qərarla icraata başlanıldığı, icraata başlamaq haqqında qərar, bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün isə tərəflərə göndərildiyi, xx.xx.2025-cı il tarixə borcluya rəsmi təqdim edildiyi, borclunun əmlak vəziyyətinin yoxlanıldığı, qeydiyyatda olduğu ünvan və onun adında qeydiyyatdan keçən nəqliyyat vasitsəsi ilə bağlı sənədlər əldə edilərək icra işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu ölkədən getmək hüququ 3 ay müddətinə məhdudlaşdırılmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəməyə daxil olmuş təqdimatda Borclu icra sənədi tam icra olunanadək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik icra sənədi üzrə tələbin könüllü icra müddəti ərzində üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə borclunun ölkədən getmək hüququnun icra sənədi üzrə tələbin tam icra olunmasınadək deyil, yalnız müvəqqəti olaraq məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Habelə məhkəmənin qənaətinə görə icra sənədi üzrə tələbin tam icra olunmasınadək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması sonuncunun hüquqlarının lüzumsuz dərəcədə məhdudlaşdırılması ilə nəticələnə biləcəyi kimi, eyni zamanda tələbkarın da hüququnun pozulması ilə nəticələnəcəkdir. Belə ki, həmin məhdudiyyətin icra sənədi üzrə tələb tam təmin olunanadək tətbiq edilməsi gələcəkdə icra məmurunun icra sənədi üzrə müvafiq icra tədbirlərinin həyata keçirilməsindən bir növ azad etmiş kimi görsənəcəkdir. Bununla da icra sənədinin icra olunmasına yönələcək yeni tədbirlərin həyata keçirilməsi (məsələn, borclunun yeni əmlak əldə etməsi, yeni əmək müqaviləsi bağlanması və s. ilə bağlı müvafiq araşdırma aparmaqla həmin halları aşkar edərək ona yönəltmək kimi) barədə zərurət aradan qalxmış kimi olacaqdır. Belə olan halda məhkəmə, borclunun ölkədən getmək hüququnun qanunun tələblərinə uyğun olaraq müvəqqəti, yəni 3 ay müddətində məhdudlaşdırılmasını məqbul hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat qismən təmin olunsun. Borclu ölkədən getmək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar