Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-56/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizəsinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X8 ilə Maraqlı şəxs arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2420 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası-Maraqlı şəxs yanında saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla X4 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Maraqlı şəxs verilməsi, xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşına çatanadək xx.xx.2024-cü il tarixdən hesablanmaqla X4 hər ay 100 manat aliment tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.2022-ci il təvəllüdlü qızı X7 üçün ödədiyi aylıq aliment məbləğinin 50% hissəsi X3 adına açılmış bank hesabına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli 2(006)-505/2025 saylı qətnaməsinə əsasən qızı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay qazancının 4/1 hissəsində pul məbləği tutularaq X9 ödənilməsi qət edilmişdir. Həmin iş üzrə aliment tələbi hissəsində qətnamə qanuni qüvvəsini almış, müvafiq icra vərəqəsi çıxarılmış və icra edilməsi üçün Nizami rayonu icra şöbəsinə göndərilmişdir. Lakin, həmin işin icra üsulunun və qaydasının dəyişdirmək üçün müraciət edərək ödədiyi aliment məbləğinin 50% hissəsini uşağın adına açılmış bank hesabına ödəmək istəyir. Çünki, ödədiyi aliment məbləğinin tam olaraq təyinatı üzrə uşağın ehtiyacları üçün sərf edilib-edilməsinə əmin deyildir. Bundan başqa, uşağın gələcəkdə təhsili, sağlamlığı, istirahəti, digər ehtiyaclarını qarşılamaq üçün onun adına açılmış bank hesabındakı vəsait uşağın özü üçün faydalı olacaqdır. Cavabdehlə hər-hansı əlaqə olmadığına görə ödənilmiş aliment məbləğinin necə, hansı qaydada xərclənməsi barədə məlumatı yoxdur. Bu səbəblərə və əsaslara görə qəbul edibmiş məhkəmə qətnaməsinin icra üsulu və qaydasını dəyişdirməyə ehtiyac yaranmışdır. Tələbkar Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil ərizəyə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edilmiş əsaslar hər hansı zərurətdən deyil, formal mülahizədən rəli gəlir. Belə ki, ərizədə qeyd edilmiş, istər ödədiyi alimentin uşağın ehtiyacına ödənilib-ödənilməməsi, istərsə də gələcəkdə uşağın təhsili, tərbiyəsi və s bağlı xərclərə zərurətin olması və cavabdehlə əlaqəsinin olmaması səbəbindən alimentin necə və hansı qaydada xərclənməsi “dəlilləri” alimentin 50% hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün əsas ola bilməz. Bunun üçün öncə ərizəçinin hansı məbləğdə aliment ödəməsi araşdırılmalıdır. Yəni bu gün ərizəçinin ödədiyi aliment əgər uşağın yaşaması, təlim-tərbiyəsi üçün kifayət edirsə, o halda alimentin hansısa hissəsinin bank hesabına köçürülməsi məsələsi müzakirə mövzusu ola bilər. Qətnamə çıxarıldıqdan sonra ərizəçidən bir dəfə, ona və uşağa görə ümumilikdə 500 manat olmaqla aliment tutularaq ödənilmişdir. Bildiyinə görə F.T.Əliyevin rəsmi əmək haqqı çox deyildir. Belə olduğu təqdirdə aylıq ödənilən 400-500 manat pul uşağın rifahı üçün böyük məbləğ təşkil etmədiyi açıq aydın görünür. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 2004-cü il tarixli qanununun 1.0.2-ci maddəsinə görə yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma başa düşülür. Həmin qanunun 1.0.1-ci maddəsinə görə minimum istehlak səbəti dedikdə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu anlaşılır. Göründüyü kimi qanunda ifadə edilmiş normaların hüquqi mənasına görə uşaqlar üçün 246 manat yaşayış minimumu onların yalnız zəruri olan qida, qeyri-qida və xidmətlərin yalnız minimumunu əhatə edir. Halbu ki, hər kəs, eləcə də övladımız daha yaxşı qidalanmağa və geyinməyə haqqı vardır. Əgər qətnamənin icra üsulu dəyişdirilərək tutulan alimentin 50% hissəsi uşağın adına açımış bank hesabına köçürülərsə, o zaman uşağın saxlanması üçün təqdim olunan aliment hissəsi ən yaşı halda minimum əmək haqqına bərabər (əslində ondan da aşağı) olacaq ki, bu da uşağın hazırkı vəziyyətdə saxlanması üçün yetərli olmaya bilər. Belə ki, uşaq artıq müəyyən vərdişlərə yiyələnmək yaşdadır və müəyyən elementar tərbiyə qaydalarına və vərdişlərinə sahiblənməsi üçün zərurəi xərclər vardır. Əlbətə uşağı bu vərdişlərdən məhrum edib, 200-230 manat alimentlə də saxlamaq olar. Amma bu, uşağın haqqı çatanlardan (bir çox qida və keyfiyyətli geyimlərdən) məhrum etmək hesabına başa gələcəkdir. Qanunvericliyə əsasən alimentin 50 faiz hissəsi bank hesabına köçürülərsə, qəyyumluq və himayə orqanının icazəsi olmadan həmin vəsait hesabdan çıxarıla bilməz. Burdan aydın olur ki, hər ay ehtiyacları qarşılamaq üçün o, qəyyumluq və himayəçilik orqanına müraciət etməliyəm. Bu isə faktiki və praktik olaraq çətinlik və ciddi narahatlıq yarada bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmamışdır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, X8 “X6“ X10 böyük mütəxəssis vəzifəsində çalışmaqla 2300 manat əmək haqqı alır. İş materiallarında olan X15 Bağçası MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdən “Saray Kids” uşaq bağçasına gəlir və aylıq xidmət haqqı 360 manat təşkil edir. O cümlədən təlim-tərbiyə xidməti 300 manat, nəqliyyat servisi 50 manat, video müşahidə xidməti 10 manat. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş № 04/2023 saylı qərardadın 20-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Həmin Qərardadın 24-cü maddəsinə əsasən alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur. Bu müraciətə iddia icraatı qaydasında deyil, MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Məhkəmə qeyd edir ki, aliment almaq uşağa məxsus olan hüquqdur (Ailə Məcəlləsi, maddə 55.1), buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. Bu qanun bir növ uşağın mənafeyinə xidmət edir. Hissə şəklində tutulan alimentin miqdarı yüksək olduğu halda onun bir hissəsinin uşağın gələcək təminatı üçün yığılaraq toplanmasını nəzərdə tutmuşdur. Bank hesabına daxil olan vəsait uşağa məxsus olur və uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququnu əldə edir. Borclunun verdiyi ərizə üzrə dəlillərinin əsasında “ödədiyi aliment məbləğinin tam olaraq təyinatı üzrə uşağın ehtiyacları üçün sərf edilib-edilməməsinə əmin olmaması” durmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş № 04/2023 saylı qərardadına əsasən ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan imkanın tətbiq oluna bilməsi üçün məhkəmə tərəfindən aliment alan valideynin buna münasibəti, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmaması və s. bu kimi hallar nəzərə alınmalıdır. Qeyd olunan hallarla bağlı sübutetmə vəzifəsi də bunu iddia edən, yəni alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbini irəli sürən tərəfin üzərinə düşməlidir. Bu zaman ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Tərəf sübuta yetirməlidir ki, alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti və s. baxımından uşağın mənafelərinə zidd deyildir. İş materiallarından isə görünür ki, ərizəçi-borclu mövqeyini yuxarıda qeyd edilən hallarla əsaslandırmamış, tələbkarın aliment qismində ödənilən vəsaitdən təyinatı üzrə istifadə etməməsini, alimentin 50 faiz hissəsinin uşağının adına açılmış bank hesabına köçürülməsinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına mane olmayacağını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-56/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-56/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver