Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-6/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-9830/2017 saylı icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-9830/2017 saylı icra sənədi üzrə əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-9830/2017 saylı icra sənədinə əsasən Borclu 2244,89 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. İcraat zamanı Borclu məxsus “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-9830/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırki halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-9830/2017 saylı məhkəmə əmrinə əsasən Borclu kreditor Tələbkar ASC ilə bağlanmış müqavilə üzrə 2244.89 ABŞ dolları və 20 AZN dövlət rüsumu tutulması əmr edilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışa əsasən Borclu adına “VAZ 21074” minik markalı, ** LF *** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Eyni Qanununun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə yuxarıda qeyd olunanları, uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən öhdəliyin tam olaraq yerinə yetirilməməsini və ödənilməli pul məbləğinin çox olmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu əmlakı üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №8(006)-6/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-6/2024
09.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver