Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-60/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X4, Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edilərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41.000 manat məbləğində ödəniş və xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549.000 manat məbləğində (cəmi 590.000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı (qüvvəyə mindiyi vaxt: xx.xx.2021, icra sənədinin verildiyi vaxt 02.03) icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi xahiş edilmişdir. Sonradan, Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41.000 manat məbləğində ödəniş və xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549.000 manat məbləğində (cəmi 590.000 manat) ödənişin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Ventto Telekom" MMC ilə Tələbkar ASC arasında xx.xx.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair şərtlər toplusu imzalanmış və 12 iyun 2015-ci il tarixli, K1606 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə 1.540.000 manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə görə Tələbkar ASC tərəfindən "Ventto Telekom” MMC-yə 22 iyun 2017-ci il tarixədək 700.000 manat, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək 1.193.964 manat, 07 avqust 2015-ci il tarixli K1662 saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin qeyd edilən müqavilələrin təminatı olaraq zaminlik və ipoteka müqavilələri imzalanmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsi ilə 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Ventto Elektroniks" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.111.796,34 manat əsas, 449.536,09 manat faiz, 32.155,81 manat cərimə, cəmi 1.593.488,24 manat məbləğində pul vəsaiti, 22 iyun 2015ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər “VENTTO Elektroniks" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235.542,77 manat əsas, 4.305,20 manat faiz, 2.767,63 manat 63 cərimə, cəmi 242.615,60 manat məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər “Ventto Elektroniks" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99.898,36 ABŞ dolları əsas, 5.149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105.323,40 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər “Ventto Elektroniks" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı “PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330.000 manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.150.000 manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin Feyzullayev Fərid Fəxrəddin oğlunun, X7 və X3 iddiaçı “PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin “Ventto Elektroniks" MMC-nin, X3, X7 və Feyzullayev Fərid Fəxrəddin oğlunun iddiaçı Tələbkar ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin “Ventto Elektroniks" MMC-dən, X2, X5 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı “Paşa Bank" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5970/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7503/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Feyzullayev Fərid Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmışdır (iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğundan). Bakı Apelyasiya Məhkəməsində 2-ci icraat zamanı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021ci il tarixli qətnaməsi ilə cavabdeh “Ventto Elektroniks" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı Apelyasiya Məhkəməsi 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər hazırki işin baxılması zamanı nəzərə alına bilməz. Belə ki, apelyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də, qətnamənin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarında qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Həmin rəydən görünür ki, ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41.000 manat məbləğində ödəniş və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il ilə kimi 549.000 manat məbləğində (cəmi 590.000 manat) ödəniş ekspertiza zamanı nəzərə alınmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlər hazırkı işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Belə ki, apelyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.” Həmçinin Bakı Apelyasiya Məhkəməsində 2ci icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsi olan xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41.000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı (əlavə olunur ekspert rəyi səh. 3, abzas 6, səh. 9, abzas 4). Hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549.000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı (ekspert rəyi səh. 4, abzas 5, səh. 10 abzas 1). Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-227/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi verildikdən və icra icraatı başlandıqdan sonra yuxarıda qeyd edilən tərəflərindən xx.xx.2018-ci il tarixdən 03 06.2019-cu il tarixədək aparılmış 41.000 manat məbləğində ödənişin və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549.000 manat məbləğində ödənişin (ümumilikdə 590.000) ümumi borcdan silinməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və probasiya şöbəsinə müraciət edilmişdir (poçt qəbzləri əlavə edilir). Lakin Biləsuvar rayon İcra və probasiya şöbəsi xx.xx.2022-ci il tarixli məktubla qeyd edilən məbləğin ümumi borcdan çıxılmasının onların səlahiyyətinə aid olmadığını bildirərək, ödənişin borcdan çıxılmasından imtina etmişdir (məktub əlavə olunur). Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ödənilmiş pulun borcdan silinməsi ilə bağlı edilmiş müraciət bu günədək cavablandırılmamış və tərəflərindən aparılmış ödəniş borcdan silinməmişdir. Nəticədə tələbkar icra vərəqəsi üzrə tutulmalı olan məbləğin tam şəkildə tutulmasını tələb etməkdə davam edir, icra qurumları isə tərəflərindən ödənilmiş və icra mərhələsində silinməli olan (ekspert rəyi və məhkəmə qərarlarına əsasən (əlavə olunur)) 590.000 manat məbləğində ödənişi silməkdən imtina edir. Bununla da hüquqları pozularaq tərəflərindən ödənilmiş borc məbləği təkrarən onlardan tələb olunur. Məhkəmə iclasında Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsini müdafiə etdi, şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, bankın nümayəndəsinin qeyd etdikləri bankın daxili qaydalarından ibarətdir. Bu məsələlərin bank daxilində hansı qaydada həyata keçirilməsinin hesab edir ki, onlara heç bir aidiyyəti yoxdur. Həmçinin onu da qeyd edir ki, bu məsələ ekspert rəyində öz əksini tapmışdır. İcra vərəqəsindən sonra ekspert rəyində olan ödəniş edilmə barədə rəy ilə razı olmasaydılar, onlar bu barədə təkrar ekspertizanın keçirilməsini xahiş edə bilərdilər, lakin onlar tərəfindən bu barədə heç bir müraciət edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan mübahisələr yenidən araşdırılmır. Əgər məsələ Tələbkar ASC-nin mövqeyi kimi olsaydı, ekspert öz qərarında buna münasibət bildirərdi, lakin ekspert tərəfindən buna münasibət bildirilməmişdir. Bununla bağlı iki məhkəmə qərarı, ekspert rəyi vardır. Onların mötəbər sübutu Ali Məhkəmənin qərarıdır. Bu məsələ araşdırılmış və hüquqi qiymət verilmişdir. Yenidən o məsələnin araşdırılmasına ehtiyac yoxdur. Ərizələri həmin qətnaməyə əsaslanır. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X10 izahat verərək bildirdi ki, ərizənin mahiyyəti icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətdir. Müəyyən etmək lazımdır ki, icra məmurunun hansı hərəkətləri qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi qərarı qüvvədə saxlamışdır. Qətnamə icra olunan dövrdə iki əmlak olmuşdur. Əmlakların biri Biləsuvar rayonunda, digəri isə Yasamal rayonunda olmuşdur. Həmin əmlaklar hərracın nəticələrinə dair protokol əsasında bankın balansına keçmişdir. Bundan sonra vətəndaş tərəfindən qismən ödənişlər edilmişdir. Onu da qeyd edir ki, ödənilən məbləğ 444.000 manat olan məbləğə daxil deyildir. İcra məmurunun hər hansı borcu müəyyən etmək səlahiyyəti yoxdur. İcra məmuruna icra sənədi daxil olmalıdır ki, o borcun nə qədər olmasını müəyyən edə bilsin. Borcla bağlı hər hansı narazılıq varsa qətnamənin icrası qaydasında iddia ərizəsi ilə müraciət edə bilərlər. xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsait silinmişdir. Bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda qeyd olunan məlumatlar sırasında olan xx.xx.2018-ci il tarixdə 5019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsait müştəri tərəfindən ödənilməmişdir. Həmin vəsait xx.xx.2019-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2013-cü il tarixli, 25/1 saylı qərarının tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ38PAHA45019AZNBL********** saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, qeyd edilən qərar xx.xx.2019-cu il tarixədək qüvvədə olsa da, bu məsələlərə dair oxşar məzmunlu Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli, 29/1-1 nömrəli qərarı qəbul edilmişdir. Bu zaman həmin əməliyyat müştərinin hesabından çıxarışda texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitin köçürülməsi kimi əks olunmuşdur. Digər 85.000 Azərbaycan manatı məbləğində vəsait isə Feyzullayev Fərid Fəxrəddin oğluna məxsus olan AZ40PAHA41010AZNFC********** saylı cari hesabından silinmişdir. 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə əsasən 26 sentyabr 2018-ci il tarixindən 27 mart 2019-cu il tarixi aralığında ümumi olaraq 41.000 manat məbləğində silinmə baş vermişdir. Bildirir ki, "xxxx" MMC-nin 30 mart 2023-cü il tarixə Tələbkar ASC qarşısında öhdəlikləri K1874_WOFF BALANCE saylı kredit müqaviləsinə əsasən 421.498 manat əsas borc təşkil edir. Gecikmə günü 1591-dir. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. İş üzrə icra məmuruna və digər borclulara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayət ərizəsinə icra məmurunun və digər borcluların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin, Borclu MMC-nin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək, həmçinin hazırki işin (şikayət ərizəsinin) obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, şikayət ərizəsi əsassız olduğundan, rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarından göründüyü kimi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)- 227/2018 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia ərizəsinin təmin olunması, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMCdən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, Feyzullayev Fərid Fəxrəddin oğlunun, X7 və X3 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin "xxxx" MMC-nin, X3, X7 və Feyzullayev Fərid Fəxrəddin oğlunun iddiaçı Tələbkar ASCyə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMCdən, X2, X5 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(103)-5970/2019 saylı qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiya məhkəməsindəki birinci icraat üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Q.Əsgərov) 06 dekabr 2019-cu il tarixli, 2(102)-7503/2019 saylı qərarı ilə cavabdeh Feyzullayev Fərid Fəxrəddin oğlunun kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev A.Nuriyeva) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiya məhkəməsindəki ikinci icraat üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarının 75-77-ci bəndlərində birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlərin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində öz əksini tapdığı, həmin rəyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 41.000 manat, xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 539.000 manat olmaqla, cəmi 580.000 manat ödənişin edildiyi, həmin ödənişlərin hazırki işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalı olduğu, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlərin icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlərin qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malik olduqları qeyd edilmişdir (səh. 22). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41.000 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549.000 manat məbləğində ödənişin hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır (səh. 34-35). - Borclu MMC tərəfindən Tələbkar ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Borclu MMC Tələbkar ASC ilə aralarında olan borc münasibətlərinin məhkəmədən kənar qaydada həllinin tərəfdarı olmasını, bank qarşısında olan borclarının tam bağlanması məqsədilə hazırda 900.000 manat məbləğində vəsait ödəməyə və bununla da borc münasibətlərinə xitam verməyə hazır olduqlarını bildirmiş, bütün halların nəzərə alınaraq müraciətlərinin cavablandırılmasını xahiş etmişdir. - Tələbkar ASC-nin xx.xx.2019-cu il tarixli, PB-4113 saylı məktubundan görünür ki, qeyd edilmiş məsələ ilə əlaqədar dəfələrlə Borclu MMC-nin rəhbərliyi ilə görüşlər keçirildiyi, yaranmış vəziyyətin həlli üsullarının müzakirə edildiyi, Tələbkar ASC tərəfindən məsələnin həlli ilə bağlı təkliflərin təqdim edildiyi, buna baxmayaraq, məsələnin məhkəmədən kənar həllinin bu günə qədər mümkün olmadığı, bu səbəbdən hazırki mərhələdə mübahisənin məhkəmə qətnaməsi əsasında həll edilməsinin mümkün hesab edilməsinin, eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 227/2018 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5970/2019 saylı qətnamələri ilə Borclu MMC-nin Tələbkar ASC qarşısında mövcud olan öhdəliklərinin həcminin müəyyənləşdirildiyi bildirilmişdir. - Biləsuvar rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarlarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icra edilməsi barədə bildiriş aidiyyəti üzrə borclulara göndərilmişdir. - Biləsuvar rayon İcra və probasiya şöbəsinin hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisənin hərracının keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli açıq hərracın yekunları barədə 104/22 №li protokolundan görünür ki, hərraca çıxarılmış ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi müəssisəsi Tələbkar ASC tərəfindən 733.125 manat dəyərində əldə edilmişdir. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi Tələbkar ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli açıq hərracın yekunları barədə 166/22 №li protokolundan görünür ki, hərraca çıxarılmış ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Tələbkar ASC tərəfindən 98.812,5 manat dəyərində əldə edilmişdir. - Tələbkar ASC-nin xx.xx.2022-ci il tarixli, PB/PBL-OUT-01198-2022 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Z5285 saylı zaminlik müqaviləsi üzrə 650.000 Azərbaycan manatı məbləğdə öhdəliyinin icra edildiyi bildirilmişdir. - Biləsuvar rayon İcra və probasiya şöbəsinin Tələbkar ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 63904/2022 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə borclu Feyzullayev Fəxrəddin Əmən oğlunun, X7, Feyzullayev Fərid Fəxrəddin oğlunun və X3 hal-hazırda Tələbkar ASC-yə olan qalıq borcu barədə Biləsuvar rayon İcra və probasiya şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. - Biləsuvar rayon İcra və probasiya şöbəsinin Borclu MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, e63904/2022 saylı məktubundan görünür ki, hər hansı bir icra sənədində qeyd olunan məbləğin dəyişdirilməsi və ya icra sənədi üzrə icra üsulunun dəyişdirilməsinin icra məmurunun səlahiyyətinə aid olmadığı bildirilmiş, qeyd olunan məbləğin ümumi borcdan çıxılması ilə bağlı həmin icra sənədini vermiş məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Borclu MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx/xx-63906/18 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə qalıq borcun dəqiqləşdirilməsi ilə əlaqədar iş üzrə Tələbkar ASC-yə müraciət edildiyi, nəticəsindən asılı olaraq məlumat veriləcəyi bildirilmişdir. - Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00169-2023 saylı maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli, 29/1-1 nömrəli qərarının tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyat müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu, digər 85.000 Azərbaycan manatı məbləğində vəsaitin isə Fərid Feyzullayev Fəxrəddin oğluna məxsus olan AZ40PAHA41010AZNFC********** saylı cari hesabından silindiyi, xx.xx.2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixi aralığında ümumi olaraq 41.000 manat Azərbaycan manatı məbləğində silinmənin baş verdiyi bildirilmişdir. - Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00179-2023/2 saylı maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00169-2023 saylı maliyyə arayışında qeyd edilənlərdən savayı arayışda Borclu MMC-nin xx.xx.2023-cü il tarixinə Tələbkar ASC qarşısında ümumi öhdəliklərinin cəmi 421.498 Azərbaycan manatı məbləğində olduğu bildirilmişdir. - Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00205-2023 saylı maliyyə arayışından görünür ki, Borclu MMC-nin xx.xx.2023-cü il tarixə Tələbkar ASC qarşısında öhdəliklərinin K1874_WOFF BALANCE saylı kredit müqaviləsinə əsasən 421.498 manat əsas borc təşkil etdiyi, gecikmə gününün isə 1591 olduğu bildirilmişdir. - Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00232-2023 saylı maliyyə arayışından görünür ki, maliyyə arayışında Borclu MMC-nin Tələbkar ASC-də olan kredit üzrə öhdəliklərinin xarakteristikası əks olunmuşdur. Belə ki, xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixi aralığında ümumi olaraq 1.171.990,24 Azərbaycan manatı məbləğində vəsait silinmişdir. xx.xx.2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixi aralığında ümumi olaraq 242.615,57 manat Azərbaycan manatı məbləğində silinmə baş vermişdir. xx.xx.2016-cı il tarixli, K2015-129 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixi aralığında ümumi olaraq 105.323,40 ABŞ dolları məbləğində silinmə baş vermişdir (silinmə ardıcıllıqları təqdim edilmiş cədvəllərdə əks olunmuşdur). Borclu MMC-nin xx.xx.2023-cü il tarixinə Tələbkar ASC qarşısında ümumi öhdəliklərinin cəmi 421.498 Azərbaycan manatı məbləğində öhdəliyi mövcuddur. - Tələbkar ASC-nin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, PB-OUT-02485-2023 saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 1.171.990,24 manat, xx.xx.2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 242.615,57 manat, xx.xx.2016-cı il tarixli, K2015-129 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 105.323,40 ABŞ dolları məbləğində vəsait silinmişdir. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə borcluların xx.xx.2023-cü il tarixinə Tələbkar ASC qarşısında ümumi öhdəliklərinin cəmi 421.498 manat təşkil etdiyi bildirilmişdir. - Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş icra işində olan ödəniş qəbzlərindən görünür ki, “AZ40PAHA41010AZNFC**********” saylı cari hesab üzrə: * xx.xx.2018-ci il tarixdə 10.000 manat; * xx.xx.2018-ci il tarixdə 10.000 manat; * xx.xx.2018-ci il tarixdə 12.000 manat; * xx.xx.2018-ci il tarixdə 20.000 manat; * xx.xx.2019-cu il tarixdə 30.000 manat; * xx.xx.2019-cu il tarixdə 25.000 manat; * xx.xx.2019-cu il tarixdə 10.000 manat; * xx.xx.2019-cu il tarixdə 10.000 manat; * xx.xx.2019-cu il tarixdə 5.000 manat; * xx.xx.2019-cu il tarixdə 4.000 manat məbləğində ödənişlər həyata keçirilmişdir (mədaxil edilmişdir). Beləliklə yuxarıda sadalanmış işin halları ilə müəyyən edilmişdir ki, hazırda tələbkar və borclu qismində çıxış edən tərəflər arasında müqavilə münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında müxtəlif tarixlərdə kredit müqavilələri bağlanmış və bank tərəfindən (hazırda tələbkar) müştəriyə (hazırda borcluya) bağlanmış müqavilələr üzrə kredit borcu verilmişdir. Lakin borclu tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməyincə bank tərəfindən məhkəməyə müraciət edilmiş və tərəflər arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılıb hüquqi qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddianın təmin edilməsi, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMCdən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, Feyzullayev Fərid Fəxrəddin oğlunun, X7 və X3 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin "xxxx" MMC-nin, X3, X7 və Feyzullayev Fərid Fəxrəddin oğlunun iddiaçı Tələbkar ASCyə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMCdən, X2, X5 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsinə baxmayaraq, qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarının qəbul edilməsi ilə öz qanuni qüvvəsini almışdır. Mülki işə yuxarı instansiya məhkəmələrində baxılan dövrdə Borclu MMC tərəfindən ödənişlər həyata keçirilmiş, lakin bu ödənişlərin işə baxılması zamanı deyil, icra mərhələsində nəzərə alınması məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarına və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyinə görə borclu tərəfindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 41.000 manat, xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 539.000 manat olmaqla, cəmi 580.000 manat ödənişin həyata keçirildiyi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)- 227/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında icra sənədi tərtib edilmiş və icra olunması məqsədilə aidiyyəti üzrə İcra şöbələrinə, o cümlədən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və probasiya şöbəsinə yönəldilmişdir. Hər bir İcra şöbəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələb edilmiş icra işlərinə baxış keçirildikdə icra sənədinin icra olunması istiqamətində zəruri icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsində cavabdehlərdən yuxarıda qeyd edilən məbləğdə pul vəsaitinin tutulması ilə yanaşı tələbin ipoteka predmetlərinə yönəldilməsi də qət edilmişdir. Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən ipoteka predmeti qismində bank qarşısında yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən isə bank qarşısında yüklü edilmiş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracı sifariş edilmiş, həmin əmlaklara dair hərrac keçirilmiş və hərracın nəticələrinə uyğun protokollar tərtib edilmişdir. Həmin protokollar əsasında verilmiş AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan göründüyü kimi, qeyd edilən əmlaklar Tələbkar ASC-nin mülkiyyətinə (balansına) keçmişdir. Hazırda Borclu MMC tərəfindən icra məmurlarının hərəkətsizliyindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edilərək, ümumilikdə 590.000 manat pul vəsaitinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə borclulardan tutulmalı olan vəsaitdən (borcdan) silinməsi xahiş edilmişdir. Şikayət ərizəsi isə tərəflərindən ümumilikdə 590.000 manat pul vəsaitinin ödənilməsinin işdə olan ekspert rəyi və kassasiya instansiyası məhkəməsinin qərarı ilə təsdiq edilməsi, həmin qərarda ümumilikdə 590.000 manat pul vəsaitinin icra mərhələsində nəzərə alınmalı olmasının qeyd edilməsi, lakin icra məmurları tərəfindən buna dair müvafiq tədbirlərin görülməməsi və sair hallarla əsaslandırılmışdır. Məhkəmə ilk öncə borclu tərəfin 590.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə istinad etdiyi dəlilinə münasibətdə qeyd edir ki, işdə olan sənədlər toplusu borclunun bu dəlilini bilavasitə əsassız hesab etməyə imkan verir. Belə ki, iş materiallarında olan xx.xx.2018 - xx.xx.2019-cu il tarix aralığını əks etdirən ödəniş qəbzlərindən görünür ki, həyata keçirilmiş bütün ödənişlər məhz “AZ40PAHA41010AZNFC**********” saylı cari hesab üzrə həyata keçirilmişdir. Habelə, həmin qəbzlər sırasında borclunun istinad etdiyi məbləğdən 444.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş qəbzi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif tarixli maliyyə arayışlarında bütün ödənişlərin məhz “41010AZNFC**********” saylı cari hesab üzrə həyata keçirildiyi aşkar görünsə də, yalnız xx.xx.2018-ci il tarixinə aid 444.000 manat məbləğində olan ödənişin fərqli - “45019AZNBL**********” saylı hesab üzrə həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, məhkəmə gedişatı zamanı borclu tərəfindən 444.000 manat ödənilməsinə istinad edilən pul vəsaitinə dair məhkəməyə hər hansı bir ödəniş qəbzi təqdim edilməmiş və borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarının bu məsələyə dair mövqeyinin kifayət etməsinə istinad etmişdir. Habelə məhkəmə onu da qeyd edir ki, borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarı ilə kifayətlənsə də, tələbkar məhkəməyə maliyyə arayışları və digər sənədlər təqdim etməklə, bu məsələyə dair məhkəmə qərarına zidd olmayan mövqeyini sərgiləmişdir. Belə ki, tələbkarın təqdim etmiş olduğu maliyyə arayışları və səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatı ilə xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Tələbkar ASCnin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyatın müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2013-cü il tarixli, 25/1 nömrəli qərarının: - 1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.3-cü maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) aktivlərin təsnifləşdirilməsi və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarını müəyyən edir. - 4.1-ci bəndinə əsasən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür: * 4.1.1. bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar; * 4.1.2. bankın qeyri-standart aktivləri üzrə müəyyən edilmiş zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar. - 4.2-ci bəndinə əsasən təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilir: * 4.2.1. qənaətbəxş aktivlər - 1%; *4.2.2. nəzarət altında olan aktivlər – xx.xx.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər isə 1%; * 4.2.3. qeyri-qənaətbəxş aktivlər - 25%; * 4.2.4. təhlükəli aktivlər - 50%; * 4.2.5. ümidsiz aktivlər - 100%. - 4.3-cü bəndinə əsasən ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır. - 4.4-cü bəndinə əsasən aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır. - 4.5-ci bəndinə əsasən ehtiyatlar hər bir aktiv üzrə və ya aktivlər qrupuna xas olan risklər qiymətləndirilməklə bu qrup üzrə (kreditlər, banklararası tələblər, qiymətli kağızlar, debitor borclar, digər aktivlər) yaradılır. Yaradılmış ehtiyatlardan həmin qrupa daxil olan bütün aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə edilir. - 4.6-cı bəndinə əsasən ümidsiz aktiv yaradılmış ehtiyatlar hesabına balansdan silinir (həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində). - 4.7-ci bəndinə əsasən bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı beş il ərzində bu hesablarda uçotu aparılır. - 4.8-ci bəndinə əsasən aktivin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə aktiv üzrə ehtiyat yaradılmır: * 4.8.1. borclunun depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri aktivə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda; * 4.8.2. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası (zaminliyi); * 4.8.3. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (bundan sonra - İƏİT) daxil olan və beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s) (bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” ölkə (suveren) borc reytinqinə malik ölkələrin dövlət qiymətli kağızları və zəmanəti, habelə bu ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zaminlik); * 4.8.4. banka girov qoyulmuş (saxlanc) bank metalları; * 4.8.5. İƏİT ölkələrində fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik banklar tərəfindən buraxılmış qarantiyalar (zaminlik). * 4.8-1. Azərbaycan Respublikasının Mərkəzi Bankına və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik banklara qarşı gecikməsi olmayan tələblər üzrə ehtiyat yaradılmır. - 4.9-cu bəndinə əsasən yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından ən azı ayda bir dəfə ayın son iş günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir. Yerləşdirmə anında bu Qaydaların 3.9.6-cı yarımbəndində nəzərdə tutulmuş meyar üzrə orta keyfiyyətli kimi qiymətləndirilmiş aktiv üzrə ödənişlər vaxtında aparıldıqda bu aktiv yenidən qiymətləndirilə bilər və bu zaman həmin meyar yenidən qiymətləndirmə anında nəzərə alınır. - 4.10-cu bəndinə əsasən prudensial hesabatlıq məqsədləri üçün aşağıdakılar nəzərə alınır: * 4.10.1. aylıq qiymətləndirilmə zamanı aktivlərin keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar, həmçinin əvvəllər balansdan silinmiş aktivlərin ödənilməsi üçün sonradan banka daxil olan vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir, xərc hesabında qalıq olmadıqda isə gəlirlərə aid edilir; * 4.10.2. hər hansı aktiv üçün yaradılan məqsədli ehtiyatın məbləği həmin aktivin məbləğindən çıxılır. Aktiv üçün yaradılan adi ehtiyatın məbləği isə hesabatlarda ayrıca maddə kimi “Kapital” hesablarında əks etdirilir. * 4.10.3. ehtiyatlar hesabında debet qalığının yaranmasına yol verilmir. Ehtiyatlar hesabına silinəcək aktivlərin məbləği hesabın qalığından çox olduqda tələb olunan məbləğ əməliyyat günü ərzində xərclər hesabına yaradılır. Ehtiyatlar “Bölüşdürülməmiş mənfəət”, yaxud kapitala aid olan digər maddələr hesabına yaradıla bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən xx.xx.2013-cü il tarixli, 25/1 nömrəli qərar xx.xx.2019-cu il tarixədək qüvvədə olsa da, xx.xx.2022-ci il tarixdə həmin qərarın məzmununa oxşar Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə 29/1-1 nömrəli qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan bütün halların borclunun şikayət ərizəsinin təmin edilməməsinə hüquqi əsas yaratmışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə onu da qeyd edir ki, hazırki şikayət ərizəsi icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş olsa da, icra məmurunun qanunazidd hərəkətlərinin (hərəkətsizliyinin) olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlər toplusundan göründüyü kimi, icra məmurları tərəfindən digər zəruri icra tədbirləri ilə yanaşı icra sənədi üzrə qalıq borcun dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə tələbkara sorğu məktubları ilə müraciət edilmişdir. Həmin sorğulara cavab isə işə baxılan dövrdə - xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Tələbkarın tələb olunan cavab məktubunu işə baxılan dövrdə təqdim etməsi isə icra məmurunun hərəkətlərinin qanunazidd olaraq qiymətləndirilməsi kimi hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 267-268, maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən Borclu MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-60/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-60/2023
02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver