Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-60/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X5 Tələbkar ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar X5 Tələbkar ASC Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan şikayət verərək, Bakı Apellyasiya məhkəməsinin 2(103}-8494/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın "ipoteka predmetinin satışının təşkil edilməsi üçün “Capital Auction" MMC-yə verdiyi xx.xx.2023-cü il tarixli sifarişə” dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 8494/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu cəmi 39341,53 ABŞ dolları məbləğində borc tutularaq X5 “AGBank" ASC-nin xeyrinə ödənilməli və tələb üzrə tutma Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında" Qərar və tələbin könüllü icrası barədə bildiriş borclu şəxsin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin edilmədiyindən icra məmuru xx.xx.2020-ci il tarixdə “Külək" MMC hərrac mərkəzinə müraciət edərək ipoteka predmetinin açıq hərracdan satılmasını sifariş vermişdir. xx.xx.2020-ci il tarixdə ilkin, xx.xx.2020-ci il tarixdə isə ikinci hərrac keçirilmişdir, lakin qalib alıcı olmadığı üçün ipoteka predmeti ipoteka haqqında" AR Qanununun tələblərinə əsasən ipoteka saxlayana təklif edilmişdir. İpoteka predmeti ipoteka saxlayan X5 "AGBank” ASC tərəfindən əldə edilməməsini əsas gətirərək iş üzrə Borclu “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1656/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi rədd edilmişdir. Bu qətnamədən Borclu tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1656/2021 saylı. xx.xx.2021-ci il tarixi qətnaməsi qanuni qüvvəsini almışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir". Bu maddənin tələblərinə zidd olaraq Borclu yenidən “ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin mövcud qanunvericiliyin tələbinə zidd olaraq Nəsimi rayon məhkəməsinin 2;006)-2426/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə borclu (iddiaçı) Borclu tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı icra sənədinin icrası məqsədi ilə ona məxsus ipoteka predmetinin açıq hərracdan satılmasına davam etdirilməsini xahiş etmişdir. Əlavə olaraq, əmlak satışı "xxxx" MMC-yə deyil, digər hərrac təşkilatlarından birinə sifariş verilməsini xahiş etmişdir. Bu xahiş əsasında icra məmuru Nəzrin İbişova tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Məhkəmə də məhz ipoteka predmetinə dair iki dəfədən artıq hərracın keçirilməsini əsas gətirərək iddianı təmin etmişdir. Göründüyü kimi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova iş üzrə borclunun göstərişinə əməl edərək qanunsuz olaraq ipoteka predmetinin satışının təşkil edilməsi üçün “Capital Auction" MMC-yə sifariş vermişdir. Hətta icra məmuru borclunun göstərişinə o qədər qeyd-şərtsiz əməl etmişdir ki, “İpoteka haqqında" AR Qanununun 41.2-ci maddəsinin şərtlərinə əməl etmədən borclunun sifarişini dərhal icra edərək "xxxx" MMC-yə sifariş vermişdir. Göründüyü kimi icra məmurunun "xxxx" MMC-yə müvafiq sifariş verən zaman əsl məqsədi icra sənədini icra etmək yox, Borclu ilə əlbir olaraq ipoteka predmetinin girovdan azad olunması üçün zəmin yaratmaq olmuşdur. Bildirirlər ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Elçin Hacı oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 saylı evin, 35 saylı mənzilinin satılmasına dair “Külək" MMC Hərrac Mərkəzində keçirilmiş hərracların nəticələri məhkəmə qərarına əsasən ləğv edilmədən borclunun konkret göstərişinə əməl edərək "xxxx" MMC-yə sifariş verilməsi tam qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Elçin Hacı oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 saylı evin, 35 saylı mənzilinin satılmasına dair “Capital Auction" MMC-yə veridiyi xx.xx.2023-cü il tarixli sifarişə" dair hərəkətləri qanunsuzdur və məhkəmə bu barədə qərar qəbul etməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardaddan tələbkar X5 Tələbkar ASC şikayət vermiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-9/2025 nömrəli qərardadı ilə tələbkar X5 Tələbkar ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və tələbkarın Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi şikayətə qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş materiallarının həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar X5 Tələbkar ASC-nin nümayəndəsi X1 yuxarıda göstərilən məzmunda izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, tələbkarın nümayəndəsinin izahatını nəzərdən keçirərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 8494/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Tələbkar ASC və Borclu arasında bağlanmış 08 may 2015-ci il tarixli, 100.LN.1604.080515.00001 saylı Kredit müqaviləsinə əsasən ödənilməmiş 27566,28 ABŞ dolları məbləğində əsas, 11275,25 ABŞ dolları faiz borcu, cərimə borcu üzrə tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 39341,53 ABŞ dolları (otuz doqquz min üç yüz qırx bir dolları əlli üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azerbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın Borclu tutularaq Tələbkar ASC-yə ödənilməsi və tutmanın Borclu tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, 35 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 150000 (bir-yüz əlli min) manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdeh Borclu ümumi qaydada tutulması qət edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8494/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, Borclu ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 01/934 nömrəli hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, mənzil 35in ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, Borclu ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 01/1369 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, mənzil 35-in ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 18 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, Borclu ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 02 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, mənzil 35-in ilkin satış qiyməti 127.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 05 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(005)- 1956/2021 nömrəli qətnaməsi ilə İddiaçı Borclu cavabdehlər X5 TələbkarASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Tələbkar X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ) “ipotekaya xitam verilməsi tələbi”nə iddia ərizəsi rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8441/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(005)-1956/2021 nömrəli qətnaməsi ilə iddiaçı Borclu iddiası təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8441/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən iddiaçı Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 2281-3281/20-5-22 nömrəli məktubun surətindən görünür ki, Borclu tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 86 saylı evin 35 nömrəli mənzilin hərrac yolu ilə satılaraq satışdan əldə olunan məbləğin Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi sifariş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2426/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, iddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilə dair Tələbkar ASC-nin (06 fevral 2014-cü il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsi və 08 may 2015-ci il tarixli, 100.CL.060214.00002/a saylı ipoteka müqaviləsinə əlavə üzrə) ipotekasına xitam verilməsi, iddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzili ipoteka ilə yüklülüyündən azad edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılması qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 87.1.İicra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddə 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. Mülki Prosessual Məcəllə: 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-9/2025 nömrəli qərardadında göstərilmişdir ki, qanunun tələblərinə görə müddətin ötürülməsi tələbkarın Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi hazırkı şikayətinin təmin edilməməsi yox, onun baxılmadan geri qaytarılması üçün əsasdır. Məhkəmə qeyd edir ki, tələbkar hazırda icra məmurunun xx.xx.2023-cü il tarixli hərrac barədə sifarişi verilməsi haqqında hərəkətinin qanunsuz hesab edilməsini xahiş edir. Lakin nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli hərrac keçirilməsinə dair icra məmurunun sifarişindən tələbkar xəbərdar olmuşdur. Belə ki, məhkəmə iclasında tələbkarın nümayəndəsi izahatında bildirmişdir ki, borclunun müraciəti əsasında üçüncü dəfə hərrac keçirilməsi barədə bildirişi aldıqdan sonra - 2023-cü ilin mart ayında müvafiq hərəkətdən xəbərləri olmuş, məhz buna görə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişlər. Borclu borcu ödəyəcəyini bildirdiyindən bununla əlaqədar aralarında ümumi razılığa gəlinmiş, yəni, borclunun əmlakı hərracda dəyər-dəyməzinə satılmasın deyə ona əmlakı yüklülükdən azad edilməsi üçün bank tərəfindən şərait yaradılmışdır. Lakin borc ödənişi danışıldığı kimi həyata keçirilmədi. Ona görə 2023-cü ilin hərracından 2024-cü ilin sonunda şikayət vermişlər. Göründüyü kimi tələbkar hazırda qanunsuz hesab etdiyi hərəkəti həmin hərəkətdən 2023-cü ilin mart ayında tam məlumatlı olduğu halda mübahisələndirməmiş, icra məmuruna və "xxxx" MMC-yə ünvanladığı 17 mart 2023-cü il tarixli **********503 nömrəli məktubu ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi icra məmurunun hərəkətindən şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Beləliklə, məhkəmə tələbkarın şikayətinin baxılmadan geri qaytarılması qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №8(006)-60/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-60/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver