Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-67/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəsimi Rayon Məhkəməsinin 2(006)-3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 (İnzibati Bina) ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Borclu 39758.49 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, təqdimatla razıdır. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu və icra məmuruna sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş (006)-3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilsin, Borclu məxsus «Audi-A6» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, ban No - WAUAT74F95N066850 olan avtomobil açıq hərracdan satılsın, avtomobilin satışından əldə edilmiş vəsaitdən 31608,09 (otuz bir min altı yüz səkkiz ABŞ dolları, doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 4128,61 (dörd min yüz iyirmi səkkiz ABŞ dolları, altmiş bir sent) ABŞ dolları məbləğində kreditə görə faiz borcu, 4021,79 (dörd min iyirmi bir ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 39758,49 (otuz doqquz min yeddi yüz əlli səkkiz ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları (Azərbaycan manatı ilə məzənnəyə uyğun olaraq) və ödənilmiş dövlət rüsumundan 15,2 (on beş manat, iyirmi qəpik) manat məbləğ Tələbkar ASC-nə ödənilsin, avtomobilin satışından götürülmüş məbləğ Tələbkar ASC-nin tələbini idəməyə kifayət etməsə, çatışmayan məbləğ Borclu Tələbkar ASC-nin xeyrinə tutulsun, avtomobilin satışından əldə edilmiş məbləğ Tələbkar ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ Borclu qaytarılsın, iddia tələbi qalan hissədə təmin edilməsin. İcra işində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İcra işində olan tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 230703/2021- 5-33 saylı bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)- 3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Borclu tələbi icra etmək üçün vaxt verilmiş, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunanları və ödənilməli pul məbləğinin çox olmasını və borc məbləğinin tam ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3637/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 (İnzibati Bina) ünvanında qeydiyyatda olan Borclu (fin: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №8(006)-67/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-67/2024
06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver