Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-696/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-243/2022 saylı qərardadı ilə Borclu məxsus olan “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 243/2022 saylı qərardadı ilə Borclu məxsus olan “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 119.000 manat və tələbkar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119.024 manat məbləğində pul borclular Borclu və X1 müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatı Tələbkar, 40 manatı isə borclular Borclu və X1 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri – Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-243/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, icra edilməsi üçün BDYPİ-yə göndərilmişdir. Qeyd edilən avtomobilin yeri müəyyən edilərək elektron hərracdan satılması üçün qiymətləndirilməyə göndərilmişdir. “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin 0199/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Borclu məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil bazar dəyəri 12000 müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə borcluya məxsus qiymətləndirilmiş avtomobilin borc əvəzi olaraq götürülməsi ilə əlaqədar Tələbkar təklif göndərilmiş, tələbkar təklifə cavab verərək, avtomobil borc əvəzi olaraq götürməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixdə Borclu ərizə ilə şöbəyə müraciət edərək, ona məxsus qiymətləndirilmiş avtomobilin açıq bazarda 2 ay müddətinə satılmasına şərait yaradılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra şöbəsi tərəfindən borcluya məxsus əmlakın açıq bazarda satılmasına dair qərar qəbul edilərək, Borclu ona məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq bazarda satılmasına dair 2 ay müddət verilmişdir. xx.xx.2025-ci il tarixdə Borclu ərizə ilə şöbəyə müraciət edərək, ona məxsus avtomobilin satılmasına dair müştəri ilə razılaşdığını və avtomobili satılmasına dair icazə verilməsini xahiş etmişdir. Eyni zamanda müştəri X2 ərizə ilə şöbəyə müraciət edərək, borclu ilə aralarında avtomobilin satılmasına dair razılaşdırılmış 12.000 manat pul vəsaitinin köçürülməsilə əlaqədar Nəsimi rayon İcra şöbəsinin depozit və 10% icra ödənişi hesabının ona təqdim edilməsini xahiş etmişdir. BPMPCO**********80 saylı, xx.xx.2025-ci il tarixli və BMPCO**********45 saylı, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarına əsasən ümumilikdə 12.000 manat pul vəsaiti müvafiq məbləğlərdə Nəsimi rayon İcra şöbəsinin depozit və 10% icra ödənişi hesabına köçürülmüşdür. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-243/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada icra məmuruna, borcluya və tələbkara xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-433/2021 saylı qətnaməsi ilə 119.000 manat və tələbkar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manat olmaqla, cəmi 119.024 manat məbləğində pulun borclular Borclu və X1 müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Nəsimi rayon İcra şöbəsinin borcluya məxsus əmlakın açıq hərracda satılmasına dair xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq bazarda satılmasına 2 ay müddət verilməsi, həmin müddət ərzində borcluya məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlıı avtomobil açıq bazarda satılmadıqda həmin əmlakın “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən elektron hərracdan satılmalı olması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-243/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ilə təqdimatın təmin edilməsi, Borclu məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2025-ci il tarixli, 0199/25 saylı rəyindən görünür ki, Borclu məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 12.00 manat müəyən edilmişdir. Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə ərizə ünvanlayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə ona məxsus “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.000 manat məbləğinə satılmasına dair razılaşmışdır. Hal-hazırda müştərisi vardır. Qeyd edilən avtomobilin satılmasına dair icazə verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, BPMPCO**********45 saylı və BPMPCO**********80 ödəniş tapşırıqlarından görünür ki, Borclu tərəfindən Nəsimi rayon İcra şöbəsinin hesabına 1200 manat və 10800 manat məbləğlərində pul vəsaiti ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aid edilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, borcluya məxsus əmlak üzərinə həbsin qoyulmasında məqsəd icra sənədi üzrə tələbin icrasını təmin etmək olmuşdur. Göründüyü kimi, borcluya məxsus daşınar əmlak – avtomobil üzərinə həbs qoyulmuş, həmin avtomobilin bazar dəyəri 12.000 manat məbləğində qiymətləndirilərək, tələbkara təklif olunmuş, tələbkar təklifi qəbul etməyərək avtomoili borc əvəzi olaraq götürməkdən imtina etmişdir. Bununla da, tələbkar icra əvəzinə əmlakı qəbul etməyə razı olmadığından borclu həmin avtomobilin açıq hərracdan 2 ay müddətinə satılmasına şərait yaradılmasını icra şöbəsindən xahiş etmiş və icra şöbəsi tərəfindən 2 ay müddət verilmişdir. Borclu hazırda avtomobilin satılmasına dair müştəri ilə razılaşdığını və avtomobilin satılmasına icazə verilməsini xahiş etmişdir. Həmçinin icra şöbəsinin tələbinə uyğun olaraq 12.000 manat məbləğində pul vəsaitinin icra şöbəsinin depozit və ödəniş hesabına köçürülməsinə dair sənədləri də təqdim etmişdir. Belə olan halda həmin əmlak üzərində həbsin saxlanılması üçün hər hansı bir əsas mövcud olmadığından, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-243/2022 saylı qərardadı ilə Borclu məxsus olan “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulmasına dair təşəbbüs göstərmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi hazırda onun təqdimatı əsasında əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən, habelə əmlak üzərində həbsin saxlanılması üçün hər hansı bir əsas mövcud olmadığından, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-243/2022 saylı qərardadı ilə Borclu məxsus olan “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin, 263-264cü maddə maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-243/2022 saylı qərardadı ilə Borclu məxsus olan “X7 CDİ2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №8(006)-696/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-696/2025
17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver