Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-7/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, X1 iştirakı ilə, X1 “İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı hərəkətindən və hərəkətsizliyindən” şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 tərəfindən şikayət verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 550/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(006)-4876/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinin icrası ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayon İcra şöbəsinin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icrası mümkün olan məhkəmə aktının qanuna uyğun icrasının təmin olunması vəzifəsinin Nəsimi rayon İcra şöbəsinin üzərinə vəzifə öhdəliyi olaraq qoyulması qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 550/2020 №-li, 30.01,2020-ci il tarixli qətnaməsi ilə iş üzrə iddiaçı Tələbkar və iş üzrə cavabdeh X6 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Ojliyev küçəsi, 41 saylı evin 47 saylı mənzilinin açıq hərracdan satılmasına, mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsinə, satışdan əldə olunacaq vəsaitin 1/2 hissəsinin iddiaçı Tələbkar, 1/2 hissəsinin cavabdeh X6 ödənilməsinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsinin iddiaçı Tələbkar, 50 manat hissəsinin cavabdeh X4 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilib. Bundan sonra Tələbkar başqa bir iddiası əsasında da Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4876/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X7 qarşı «mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Tələbkar Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsındə yerləşən 4 otaqdan ibarət 41 saylı evin 47 saylı mənzilə köçürülməsi qət edilib. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4876/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası həvalə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən borcluya ünvanlanan 11 oktyabr 2023-cü il tarixli, 11643-234592/21-5-15 saylı digər bir məktubla tələbkarın, yəni Tələbkar Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin 47 saylı mənzilinə köçürülməsinin 13 oktyabr 2023-cü il tarixə, 11:00-a təyin olunduğu bildirilib və borclu tələbin icrasına etiraz etmədiyini icra şöbəsinə bildirmişdir. Bir neçə gün öncə isə yəni, borcluya ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 72 №-li məktubla, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-550/2020 №-li, 30.01,2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar “Açıq hərracın keçirilməsi barədə” 01 saylı Bildirişlə, X3 Mərkəzinin vasitəçiliyi ilə tələbkarla borclunun ümumi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin 47 saylı mənzilinin 22 dekabr 2023-cü il tarixdə, 265000 (iki yüz altımış beş min) manata açıq hərracdan satılması üçün hərraca çıxarılacağı bildirilib və hərracın keçirildiyi ünvan olaraq da ünvan 3aza”nın yerləşdiyi binanın 1-ci korpusunun 6-cı mərtəbəsi göstərilib. Eyni məhkəmənin iki qətnaməsinin icrası həvalə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi qətnamənin (tərəflər arasında olmuş mübahisə üzrə sonuncu tələb (mənzilə köçürülmə barədə) icrasını həyata keçirməsini yarımçıq qoyaraq əvvəlki (hansı ki, həmin icra işi üzrə tələbkar tələbindən imtina edərək mənzilə köçürülməsini tələb edib) icra sənədinin icrasının keçirilməsi məqsədi ilə əmlakın hərracdan satılması üçün hərrac məntəqəsinə müraciət ünvanlayıb və hərracın keçirilməsi üçün müvafiq işlər gördürüb. Qeyd olunanlara əsasən hesab edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2006-550/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2006-4876/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinin icrası həvalə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin qətnamələrinin icrası ilə əlaqədar hərəkət və hərəkətsizliyi qanunsuz olmuşdur. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Hazırki iş üzrə X2 mübahisəli mənzilə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-550/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən ilkin satış qiymətini mübahisələndirir. Məhkəmə tərəfindən məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş e14503/2021-5-35-001 saylı icra işindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı icra vərəqəsinə əsasən tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzili açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 265.000 manat müəyyən edilərək, satışdan əldə olunmuş vəsaitin ½ hissəsi iddiaçı Tələbkar, ½ hissəsi cavabdeh X6 ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə X2 tərəfindən imza çəkilməklə həmin qərar və tələbin könüllü icrası haqqında bildirişi əldə etmişdir. Göründüyü kimi hazırda borclu tərəfindən mübahisələndirilən mənzilin ilkin satış qiyməti artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-550/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsində müəyyən edilmiş, bundan sonra həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, hazırda borclunun mübahisələndirdiyi mənzilin ilkin satış qiyməti artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-550/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsində müəyyən edildiyindən, borclunun mübahisəli mənzilin ilkin satış qiyməti ilə razılaşmadığı halında onun tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilə bilərdi. Məhkəmə əlavə olaraq qeyd edir ki, əgər mübahisəndirilən mənzilin ilkin satış qiyməti qətnamənin icrası mərhələsində müəyyən edilmiş olsaydı, o zaman borclu həmin qiyməti hazırki şikayət formasında mübahisələndirə bilərdi. Beləliklə, məhkəmə bildirir ki, icra məmuru tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən X1 verdiyi şikayət rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 “İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı hərəkətindən və hərəkətsizliyindən” verdiyi şikayət rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilər.
Məhkəmə qərarları › İş №8(006)-7/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-7/2024
31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver