Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-72/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu müştərək qaydada xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən, əsas borca görə 1428,6 manat, faiz borcuna görə 181,11 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 41,46 manat olmaqla cəmi 1701,17 manat Access Bank QSC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və müvafiqqaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X3, Borclu, X4, X2 və X5 005R********** saylı kredit razılaşması üzrə 17.881,88 manat məbləğində əsas borc, 3.157,21 manat məbləğində faiz borcu, 380 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 21.619,09 manat məbləğində pul tutularaq tələbkar "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat müştərək qaydada borclular X3, Borclu, X4, X2 və X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilməmişdir. Borclunun əmlak vəziyyəti "Elektron icra" informasiya sistemi vasitəsi ilə yoxlanılmış, lakin onun adına tələbin yönəldilkə biləcəyi hər hansı daşınar, daşınmaz əmlak və gəlirlər aşkar edilməmişdir. Tərəfindən aşkar edilmiş bank hesabları üzərinə həbs qoyulmuşdur. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət olunmuş, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə verdiyi izahatında qərardan xəbəri olmadığını, bu səbəbdən ödəniş etmədiyini, pulu salonun işçisi X6 götürdüyünü, hazırda borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu borc məbləğindən cəmi 496 manat pul vəsaitini tələbkarın xeyrimə ödəmişdir. Tələbkar Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək, borclunun ölkədən giriş çıxışının məhdudlaşdırılması barədə tədbirlər görülməsini xahiş etmişdir. Hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, icra sənədləri üzrə borcun ödənilməsi üçün əsas borclunu axtarmış, lakin axtarışı nəticəsiz qalmışdır. İş üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu müştərək qaydada xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən, əsas borca görə 1428,6 manat, faiz borcuna görə 181,11 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 41,46 manat olmaqla cəmi 1701,17 manat Access Bank QSC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X3, Borclu, X4, X2 və X5 005R********** saylı kredit razılaşması üzrə 17.881,88 manat məbləğində əsas borc, 3.157,21 manat məbləğində faiz borcu, 380 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 21.619,09 manat məbləğində pul tutularaq tələbkar "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin icra sənədi üzrə onun izahatı alınmışdır. İzahatında qeyd etmişdir ki, zamin olduğu üçün icra sənədi üzrə borcu ödəmək fikri yoxdur. Borc məbləğini əsas borcluya ödətdirməyə çalışacaqdır. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, həmin icra sənədi üzrə onun izahatı alınmaqla eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, borclunu icra şöbəsinə dəvət eməklə onun izahatını almışdır. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu-xx.xx.1978-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-72/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-72/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver