Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-76/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İcra sənədi üzrə Borclu, İcra sənədi üzrə Tələbkar nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı qətnaməsi ilə 77.659,35 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 77.689,35 manat məbləğində pulun cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar MMCyə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İcra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı qətnaməsi ilə Tələbkar MMC-nin xeyrinə ödəniləcək 77.659,35 manat məbləğində borcun hər ay hissəhissə icra edilməsi (möhlət verilməsi) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı icra sənədinə əsasən icra sənədi üzrə Tələbkar MMC-yə ödəməli olduğu 77.659,35 manat məbləğində borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Hazırda o, taksi fəaliyyəti ilə məşğul olur və aylıq gəliri çox zəifdir. Ailəlidir, himayəsində iki övladı olmaqla oğlu məktəb şagirdi və qızı tələbədir. Ailəsinin maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Qeyd edilən çətinliklərə baxmayaraq Borclu aylıq qazancından Tələbkar MMC-yə olan borcunu hər ay hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasında icra sənədi üzrə Borclu ərizəni müdafiə edib, ərizə təqdim edərək, icra sənədi üzrə Tələbkar MMC ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı icra sənədinə əsasən ödəməli olduğu 77.659,35 manat məbləğində borc məbləğini hər ay 300 manat və ya həmin məbləğdən artıq miqdarda ödənilməsini öhdəsinə götürür və bu barədə icra sənədi üzrə tələbkarla razılıq əldə edildiyini bildirdi. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar nümayəndəsi X2 ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı icra sənədinə əsasən icra sənədi üzrə Borclu təmsil etdiyi quruma ödəməli olduğu 77.659,35 manat məbləğində borc məbləğini hər ay 300 manat ödənilməsinə razı olduğunu bildirdi. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırkı ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı qətnaməsinə əsasən 77.659,35 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 77.689,35 manat məbləğində pulun cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı icra sənədi icraya yönəldilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-298/2021 saylı icra sənədi üzrə Tələbkar nümayəndəsi X2 və Borclu arasında qeyd edilən qətnamədə göstərilən 77.689,35 manat məbləğində pulun hissə-hissə olmaqla hər ay 300 manat ödənilməsi ödənilməsi barədə razılıq əldə edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi hissə-hissə, yəni ayda 300 (üç yüz) manat olmaqla ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi hissə-hissə, yəni ayda 300 (üç yüz) manat olmaqla ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-76/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-76/2022
01.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver