Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-76/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Arzu Abdullayev tərəfindən verilmiş “Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən təqdimat verilən tarixədək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru, icra sənədi üzrə tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
5. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, həmin tarixdə icra vərəqəsi verilmişdir.
6. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
7. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir (borclu bildirişi xx.xx.2023-cü il tarixdə təhvil almışdır).
9. Borclu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, işsiz olduğunu, lakin 400-500 manat gəliri olduğunu, icra sənədindən xəbərinin olduğunu, maddi imkanı olmadığına görə heç bir ödəniş etmədiyini, imkanı olanda ödəniş edə biləcəyini bildirmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Borclu ölkədən getmək hüququnun 1 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır.
11. Nəsimi rayon İcra şöbəsi tərəfindən tələbkara ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclunun hər hansı gəliri olmadığından və mülkiyyətində borcun yönəldilə biləcəyi əmlak olmadığından, o, şöbə vasitəsilə aliment almır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda (aylıq ödəniş olduğundan, hər ay) həmin icra sənədini icra etməmişdir.
13. Borclu İcra şöbəsindəki yazılı izahatında icra sənədindən xəbərdar olduğunu, işsiz olsa da, aylıq 400-500 manat gəliri olduğunu bildirsə də, icra sənədi üzrə aylıq aliment öhdəliyini üzrlü səbəb olmadan yerinə yetirməmiş, hazırda aliment borcu yığılmışdır.
14. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir.
c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
15. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddə. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddə. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.3, 231.3-1-ci maddə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.2-ci maddə. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
17. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir.
Nəticə:
18. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova