Məhkəmə qərarları › İş №8(006)-77/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-77/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-77/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə X1 şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi rayon icra şöbəsinin icra məmuru X4 xx.xx.2025-ci il tarixli aliment məbləğinin müəyyən edilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda borclu ərizə ilə məhkəməyə müraciət edərək, işə baxan məhkəmə tərkibinə etiraz etmişdir. Sonradan borclunun nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, hakimə etiraz barədə ərizənin və icra məmurunun qərarının qanunsuz hesab edilməsi barədə şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayəti verən şəxs şikayəti baxılmadan geri qaytarılması barəsində ərizə verdiyindən, şikayət baxılmamış saxlanmalıdır. Məhkəmə eyni zamanda hakimə verilmiş etirazın geri qaytarılmalı olması qənaətinə gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Nəsimi rayon icra şöbəsinin icra məmuru X4 xx.xx.2025-ci il tarixli aliment məbləğinin müəyyən edilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi barədə şikayəti baxılmamış saxlanılsın. X1 işə baxan məhkəmə tərkibinə etirazı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar