Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-78/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Maraqlarına toxunulan şəxs Borclu nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun borclunun arvadı Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun arvadı Borclu əmlakı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 11.9000 manat manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pul cavabdehlər X6 və Borclu müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatı iddiaçı Tələbkar, 40 manatı isə cavabdehlər X6 və Borclu müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin məktubuna və nikahın bağlanması haqqında 119 saylı, xx.xx.2000-ci il tarixli akt qeydinə əsasən X6 ilə Borclu birgə nikahdadırlar. AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Yasamal rayonu, Azərbaycan pr-ti, 35 saylı evin, 8 saylı mənzili borclunun yoldaşı Borclu mülkiyyətindədir. İcra sənədinin icrasını təmin elmək məqsədilə məcburi icra tədbirlər kimi borclunun birgə nikah dövründə əldə etdiyi əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-282/2022 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu adına olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan pr-ti, 35 saylı evin 8 saylı mənzilin ½ hissəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Maraqlı şəxs Borclu nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-282/2022 saylı, 15 avqust 2022-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-78/2023 saylı qərardadı ilə maraqlı şəxs Borclu nümayəndəsi və vəkili Nümayəndə şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-282/2022 saylı, 15 avqust 2022-ci il tarixli qərardadı ləğv edilərək təqdimata baxılma tarixi 15 fevral 2023-cü il tarixinə, saat 10:45-ə müəyyən edilməsi, maraqlı şəxs və aidiyyəti şəxslərə bu barədə məlumatın verilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)- 78/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “göndəriş məktubunun ləğv edilməsinə” dair borclunun nümayəndəsi və vəkili Nümayəndə şikayətinə dair 8(006)- 5/2023 saylı iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair 8(006)-78/2023 saylı iş üzrə icraat dayandırılması qərara alınmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-78/2023 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi və işə baxılması 07 iyun 2023-cü il tarixinə, saat 12:00-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında maraqlarına toxunulan şəxs Borclu nümayəndəsi və vəkili Nümayəndə təqdimata etiraz edərək bildirmişdir ki, Tələbkar X4 və Borclu qarşı “pul tələbinə” dair məhkəməyə müraciət etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı işə baxılıb yekun məhkəmə aktı qəbul olunana kimi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 35, 8 saylı mənzilin üzərinə həbs qoyulmasını məhkəmədən tələb etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X1 və Borclu müştərək qaydada 70.000 ABŞ dolları pul vəsaitinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qətnaməsi cavabdehlərdən 115000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin Borclu hissəsində ləğv edilmişdir. Lakin Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilərkən apellyasiya məhkəməsinin qətnaməsi deyil, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və icra vərəqəsi aprel ayında verilmişdir. Qeyd edilən iş üzrə Borclu Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh qismində işdən çıxarılsa da, onun mülkiyyət hüququ Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi və vermiş olduğu icra vərəqəsi əsasında məhdudlaşdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi 8(006)-282/2022 saylı qərardadı ilə mənzil üzərinə həbs qoymuş və bu onunla əsaslandırmışdır ki, mənzil birgə nikah dövründə əldə edilmiş mülkiyyətdir və ½ hissəyə bölünməlidir. Mübahisəli mənzili məhkəmə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirməsi səhvdir. Belə ki, Borclu atası tərəfindən hədiyyə edilmiş mənzil 23 aprel 2018-ci il tarixdə 171973 manata "xxxx" MTK-ya satılmış, üstündən 2 gün sonra, yəni 26 aprel 2018-ci il tarixdə hərraca çıxarılan mənzili X5 180 000 manata almışdır. Yəni birgə nikah dövründə əldə olunsa da, birgə vəsait hesabına əldə olunmamışdır. Təqdimat tam əsassız olduğundan təmin olunmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.8-ci borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Təqdimata əlavə olunmuş sənədlərdən, həmçinin icra işinin materiallarından əmlakın borclu X3 arvadı Borclu mülkiyyətinə birgə nikah dövrünün vəsaiti hesabına keçməsi müəyyən olunmur. Həmçinin qanunun mənasına görədə müəyyən edilir ki, tələb yalnız birgə mülkiyyətdə olan paya yönəldilir. Qeyd olunan pay hüququ isə müvafiq rəsmi göstəricilərdə (reyestr məlumatları) qeyd edilməlidir ki, bu halda məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan borcla bağlı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 35, mənzil 8də yerləşən əmlakın üzərinə həbs qoyula bilməz və buna görə də «borclunun arvadının əmlakı üzərinə həbs qoyulması haqqında» təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 35, mənzil 8-də yerləşən əmlakın üzərinə “həbsin qoyulması haqqında” təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-78/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-78/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver