Məhkəmə qərarları › İş №8(006)-85/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-85/2022

17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-85/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2188/2021 saylı, 22.10.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(013)- 2188/2021 saylı, 22.10.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 2188/2021 nömrəli, 22.10.2021-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 3137.39 manat məbləğində pul vəsaiti və 30.4 manat dövlət rüsumu tutularaq tələbkar BANK "BTB” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 01.12.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və X2 oğlunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu QİZİNA məxsus olan “DODGE DURANGO” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu QİZİNA məxsus olan “DODGE DURANGO” minik markalı, 99-FİN-092 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat vermiş şəxsin, tələbkarın və borclunun məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2188/2021 saylı, 22.10.2021-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 25.07.2019-cu il tarixli RPF-00020-15/19A saylı kredit müqaviləsindən irəli gələn 29.07.2021-ci il tarixə ödənilmiş 3110,56 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Hüseynov tərəfindən qəbul edilən 01.12.2021-cı il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2188/2021 saylı, 22.10.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya ünvanlanmışdır. Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Hüseynov tərəfindən qəbul edilmiş 03.02.2022-ci il tarixli qərarın surətindən görünür ki, Borclu mülkiyyətində olan “DODGE DURANGO” minik markalı, **-HN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. 09.02.2022-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Hüseynov tərəfindən qəbul edilmiş 03.02.2022-ci il tarixli qərar borcluya ünvanlanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışın surətindən görünür ki, “DODGE DURANGO” minik markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunun 6.1.4-ci maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 43.1.1-cu maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “DODGE DURANGO” minik markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “DODGE DURANGO” minik markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar