Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-89/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, X1 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 borclunun ümumi mülkiyyətdə olan əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Mhkəməsinin e-2(006)-1044/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Həsən-X13 arvadı X4 məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1044/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X5 və X6 müştərək qaydada 21830 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X9 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Həsən-X13 adına hər-hansı bir əmlak növü aşkar edilməmişdir. İcraat zamanı X1 adına daşınmaz əmlakların olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1044/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Həsən- X13 payı həcmində arvadı X4 məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X8 təqdimata etiraz edərək bildirmişdir ki, borclu X10 onun keçmiş həyat yoldaşıdır. Onlar təxminən 1994-1995-ci ildə ailə həyatı qurmuşlar. Həmin nikah isə 2009-cu ildə pozulmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanında və xx.xx.2011-ci il tarixində ünvan 2 ünvanındakı mənzillər onun tərəfindən əldə olunmuşdur. ünvan 2 ünvanındakı mənzil ipoteka ilə əldə olunmuşdur. Qeyd olunan mənzillərin əldə olunması tarixlərindən açıq-aydın görünür ki, həmin mənzillər borclu X10 ilə aralarında olan nikah pozulduqdan sonra əldə olunmuşdur. Təqdimat tam əsassız olduğundan təmin olunmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.8-ci borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. İş materiallarına əlavə olunmuş sənədlərdən, həmçinin icra işindən daşınmaz əmlakların borclu Həsən-X3 arvadı X1 mülkiyyətinə birgə nikah dövrünün vəsaiti hesabına keçməsi müəyyən olunmur. Həmçinin qanunun mənasına görədə müəyyən edilir ki, tələb yalnız birgə mülkiyyətdə olan paya yönəldilir. Qeyd olunan pay hüququ isə müvafiq rəsmi göstəricilərdə (reyestr məlumatları) qeyd edilməlidir ki, bu halda məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan borcla bağlı daşınmaz əmlakların üzərinə həbs qoyula bilməz və buna görə də «borclunun ümumi mülkiyyətdə olan əmlakı üzərinə həbs qoyulması haqqında» təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 “borclunun ümumi mülkiyyətdə olan əmlakı üzərinə həbsin qoyulması haqqında” təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-89/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-89/2023
07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver