Məhkəmə qərarları › İş №8(006)-91/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-91/2024

05.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-91/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin, Borclunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin “borcun hesablanmasına dair” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)2563/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şirvan Apellyasıya Məhkəməsinin mərhum hakimi X2 oğlunun 6 illik əmək haqqı məbləğində sığorta ödənişinin borclu Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan Tələbkar ödənilməsi qərara alınmışdır. Tələbkar tərəfindən Şirkətə 25 iyul 2023-cü il tarixində ərizə ilə müraciət olunaraq 148 542 manat məbləğində sığorta ödənişinin verilməsi tələb edilmişdir. İcra vərəqəsi Şirkətə təqdim olunduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin icra olunması istiqamətində tədbirlər görülmüş və sığorta məbləğinin 100 %-i tələbkarın təqdim etdiyi bank hesabına ödənilmişdir. Lakin, tələbkar həyata keçirilmiş sığorta ödənişi məbləği ilə razılaşmamış və bununla bağlı Nəsimi Rayon İcra Şöbəsinə müraciət etmişdir. İcra Şöbəsi tərəfindən sığorta ödənişinin düzgün həyata keçirilməməsi qənaətinə gəlinmiş və xx.xx.2024-cü il tarixində borcun hesablanmasına dair qərar qəbul edilmişdir. Hesab etmişlər ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli borcun hesablanmasına dair qərar əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Bildirmişlər ki, AR Mülki Məcəlləsinin 904-cü maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə o, icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən isə sığortaçı sığorta ödənişin sığorta məbləği həddində həyata keçirir. İddiaçının mərhum həyat yoldaşı F.X1 Məhkəməsinin hakimi vəzifəsində çalışarkən 2020-ci il üzrə ‘Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında" AR Qanununa uyçun olaraq sığortalanması üçün Şirvan Apellyasiya Məhkəməsinin sədri tərəfindən xx.xx.2020-cı il tarixli məktubla Şirkətə müraciət edilərək F.Soltanov və digər hakimlərin 5 illik əmək haqlları barədə müvafiq məlumatlar təqdim edilmişdir. Bu məlumatlar əsasında sığorta məbləği dəqq rəqəmlə müəyyən olunmuş və ona uyğun olaraq hesablanmış sığorta haqları Şirkətin hesabına ödənilmişdir. O cümlədən F.Soltanova 148 542 manat məbləğində sığorta təminatı verilməsi üçün Qanuna uyğun olaraq həmin məbləğin 1%-i həcmində 1 485.42 manat məbləğində sığorta haqqı hesablanmışdır. Bu xüsusatlar həm də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 6DX- 262/2021 saylı Şirkətə göndərilmiş məktubunda da öz əksini bir daha tapmışdır. Həmçinin bildirilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən qəbul edilən sözügedən qərar qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin qərara nə məhkəmə vo hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası, nə də digər sığorta növlərində oxşar presedent yoxdur. Məhkəmə iclasında borclunun nümayəndəsi Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev şikayətin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, sığorta məbləği “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanuna əsasən sığortaolunanın son 5 ildə aldığı əmək haqqının toplanması qaydası ilə deyil, ona münasibətdə sığortaçıya ödənilmiş sığorta haqqının hesablandığı sonuncu əmək haqqının 60 misli (5 illik) məbləğində müəyyən edilir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş sığorta məbləğinə dair xx.xx.2024-cü il tarixli arayışa əsasən mərnum hakim X2 oğlunun sığorta məbləğinin 256608 manat, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən mərhum hakim X2 oğlunun 2020-ci lin noyabr ayı üzrə əmək haqqı 4276,80 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən mərhum hakim X2 oğlunun sığorta məbləğinin 256608 manat (2020-ci ilin noyabr ayı uçun sonuncu əmək haqqının məbləği 4276 80 manat təşkil etdiyi uçun onun 60 misli (5 illik)) təşkil etdiyi və icra zamanı 148542 manat pul vəsaitinin tələbkara ödənildiyini nəzərə alınsa, hazırda 108066 manat ödənilməmiş borcun qaldığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin borcun hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ödənilməmiş 108066 manat sığorta ödənişinin məbləğinin borcludan alınaraq tələbkara ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, sabiq hakim X2 oğlunun xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləmiş, onun 2020-ci ilin noyabr ayı üzrə əmək haqqı 4276.8 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-in xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, sığorta məbləği qanuna əsasən sığortaolunanın son 5 ildə aldığı əmək haqqının toplanması qaydası ilə deyil, ona münasibətdə sonuncu əmək haqqının 60 misli (5 illik) məbləğində müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin icra edilməsi üçün sorğular vermiş, alınmış cavablara uyğun müvafiq qərar qəbul etmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, barəsində şikayət verilmiş qərarın ləğvi üçün əsaslar mövcud olmamaqla, şikayətdə irəli sürülən dəlillər formal olmaqla, heç bir hüquqi əsası yoxdur, ona görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar