Məhkəmə qərarları › İş №8(006)-94/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-94/2023

24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-94/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 2(027)-607/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Zeynalabdin oğlunun məcburi gətirilməsi barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-607/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu Zeynalabdin oğlunun Nəsimi rayon ica şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-607/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu Zeynalabdin oğlundan hər ay cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmuruna, tələbkara və borcluya məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, Borclu Zeynalabdin oğlunun məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimatın təmin edilməsi qənaətinə gəlir. Təqdimata əlavə edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-607/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu Zeynalabdin oğlundan hər ay cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən icraata başlanılmışdır. Həmin tarixli bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu tələbin tam şəkildə icra edilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Nəsimi rayon icra Şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarının surətindən görünür ki, Borclu Zeynalabdin oğlunun məcburi qaydada Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. xx.xx.2023-ci il tarixli, 1604-65375/18-5-33 saylı məktubdan görünür ki, borclunun məcburi gətirilməsinə dair qərar Borclu Zeynalabdin oğluna ünvanlanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu Zeynalabdin oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Quba Rayon Məhkəməsinin 2(027)- 607/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Zeynalabdin oğlunun Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu Zeynalabdin oğlu məcburi qaydada Nəsimi rayon icra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Hüseynov X2 rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Nəsimi rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar