Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-98/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin iştirakları ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixdən hesablanaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin anaları X2 xeyrinə tutulmalı, Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, dərhal icra olunması üçün qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb dərhal təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədi üzrə Borclu 6600 manat aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İcra sənədi üzrə Borclu ərizə təqdim edərək, icra sənədi üzrə xx.xx.2023-cü ildə 750 AZN ödəniş etdiyini, aliment borcunun pandemiya dövründə yarandığını, doktorantura səviyyəsinə imtahan hazırlıqları zamanı 3 ay ərzində işləyə bilmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, son aylar fasiləsiz olaraq aylıq aliment borcunu ödəyir. Eyni zamanda əlavə ödəniş etməklə əsas borcunu azaltmağa çalışır. Hər dəfə uşaqlarla görüşəndə onlara müxtəlif məbləğlərdə dəyəri olan əşyalar alır. Borcdan yayınmadığını bildirərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu izahat verərək bildirdi ki, aylıq alimentlə bağlı ödənişləri vaxtlı-vaxtında edir, yaranmış aliment borcunu isə hər ay əlavə ödənişlər edərək azaltmağa çalışır. Avqust ayınadək borcu tam ödəyəcəyini qeyd edərək, təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev təqdimatı müdafiə edib, təqdimatın məzmununa uyğun izahat verib, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun və icra məmurunun izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2019-cu il tarixdən hesablanaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment anaları X2 xeyrinə tutulmalı, qətnamə dərhal icra edilməli, Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Borclu tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti Tələbkar hesabına köçürülmüşdür. İcra işinin materiallarından görünür ki, borclu barəsində müxtəlif vaxtlarda axtarış və məcburi gətirilmə haqqında qərarlar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1990-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1990-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-98/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-98/2023
23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver