Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-99/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)-292/2023 saylı qərardadı ilə «borclunun “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi» barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6458/2021 saylı icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)-292/2023 saylı qərardadı ilə borclunun “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı icra sənədinə əsasən borclu X1 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədilə X4 məxsus “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı, “VAZ-21061” minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)- 292/2023 saylı qərardadı ilə həbs qoyulmuşdur. İş üzrə tələbkar xx.xx.2025-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, borcluya məxsus “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili 1000 manat əvəzinə qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı icra sənədinə əsasən cavabdeh X1 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-292/2023 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı icra sənədinin icrasının təmini məqsədilə X4 məxsus “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı, “VAZ-21061” minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı və “VAZ- 21074” minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş Tələbkar İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı icra sənədi üzrə ona cəmi 19.030 manat ödənilməli olduğu, hazırki vaxtadək borc məbləğindən 3000 manat ödənildiyi, icraat zamanı borcluya məxsus “VAZ- 21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edildiyi, bu əmlakın 1000 manat qiymətləndirildiyi və həmin avtomobili 1000 manat əvəzinə qəbul etməyə razı olduğunu bildirmiş, qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, X2 Tələbkar qarşısında öhdəliyi yaranmış, bununla əlaqədar tələbkar tərəfindən məhkəməyə müraciət edilmiş və nəticədə borclunun Tələbkar olan borcunu müəyyən edən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə aktı öz qanuni qüvvəsini aldıqdan sonra tərtib edilmiş icra sənədi icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. İcra sənədi üzrə tələbin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən borcluya məxsus əmlakların üzərinə həbs qoyulması ilə əlaqədar təqdimatla məhkəməyə müraciət edilmiş, məhkəmənin 8(006)-292/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardadı ilə təqdimat təmin edilməklə, X2 mülkiyyətində olan “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı, “VAZ- 21061” minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra sənədi üzrə tələbin təmin edilməsi üçün icra tədbirlərinin həyata keçirilməsi zamanı borcluya məxsus və üzərinə həbs qoyulmuş əmlaklardan “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri qiymətləndirilərək, 1000 manat müəyyən edilmiş və tələbkara təklif edilmişdir. Tələbkar sözügedən əmlakın qiymətləndirmə məbləği ilə razı olub, tələbin icrası kimi sözügedən əmlakı qəbul etməyə hazır olduğunu bildirmiş və məsələ ilə bağlı icra şöbəsinə ərizə ilə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aid edilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə qeyd edir ki, borcluya məxsus əmlak üzərinə həbsin qoyulmasında məqsəd icra sənədi üzrə tələbin icrasını təmin etmək olmuşdur. Göründüyü kimi, borcluya məxsus üç əmlak üzərinə həbs qoyulmuş, onlardan biri 1000 manat məbləğində qiymətləndirilərək, ilk tələbkara təklif olunmuş, tələbkar təklifi müsbət qarşılayıb, əmlakı qiymətləndirilən məbləğ əvəzinə qəbul etməyə razı olmuşdur. Bununla da, tələbkar icra əvəzinə əmlakı qəbul etməyə razı olduğu halda həmin əmlak üzərində həbsin saxlanılması üçün hər hansı bir əsas mövcud olmadığından, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-292/2023 saylı qərardadı ilə borclu X2 mülkiyyətində olan “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-292/2023 saylı qərardadı ilə borclu X2 mülkiyyətində olan “VAZ-21214” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-99/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-99/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver