Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-103/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul vəsaiti və ödənilmiş 57,40 manat dövlət rüsumunun əvəzi "Azərmaş” MMC-nin xeyrinə tutulmalıdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sistemində axtarış edilmiş və Borclu mülkiyyətində olan Kürdəmir rayonu, Qaqacılı kəndində 1.0894 kənd təsərrüfatı təyinatlı torpaqlar aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Borclu mülkiyyətində olan Kürdəmir rayonu, Qaqacılı kəndində 1.0894 kənd təsərrüfatı təyinatlı torpaqların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmiş, tələbkar "Azərmaş” MMC məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iş üzrə borclu X1 Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1980/2022 saylı qətnaməsi üzrə Tələbkar MMC-yə heç bir ödəniş etmədiyini bildirmiş və təqdimata iştirakları olmadan baxıb, borclunun əmlakı üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Elektron portaldan çıxarışdan görünür ki, Borclu məxsus Kürdəmir rayonu, Qaqacılı kəndində yerləşən 1.0894 ha kənd təsərrüfatı təyinatlı torpaqları vardır. Məhkəmə hesab edir ki, borc məbləğinə münasibətdə qeyd olunan avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə ona məxsus Kürdəmir rayonu, Qaqacılı kəndində yerləşən 1.0894 ha kənd təsərrüfatı təyinatlı torpaqların üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Kürdəmir rayonu, Qaqacılı kəndində yerləşən 1.0894 ha kənd təsərrüfatı təyinatlı torpaqların üzərinə üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-103/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-103/2023
11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver