Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-104/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul vəsaiti və ödənilmiş 57,40 manat dövlət rüsumunun əvəzi "Azərmaş” MMC-nin xeyrinə tutulmalıdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi elektron icra sistemində axtarış edilmiş və borclu X1 mülkiyyətində olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil aşkar edilmişdir. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli icra səndinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Khazar SD" minik markalı, 99-PN- 494 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Borclu elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən, iclasda iştirak edə bilməyəcəyəni bildirərək təyin olunmuş iclası təxirə salaraq aprel ayına keçirilməsini xahiş etmişdir. Lakin, borclu tərəfindən iclasın təxirə salınması barədə üzrlü səbəblər ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu əmlak vəziyyəti araşdırılmış, Elektron portaldan çıxarışa əsasən borclunun adına “Vaz 21063” minik markalı, Sedan tipli, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. Göründüyü kimi, təqdimatda həbsin qoyulması tələb olunan nəqliyyat vasitəsi borclunun adına aşkar olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, hazırda borclunun adına “Khazar SD" minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil aşkar olunmadığından icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli icra səndinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Khazar SD" minik markalı, 99-PN- 494 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-104/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-104/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver