Məhkəmə qərarları › İş №8(007)-108/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-108/2022

07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-108/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3770 saylı, 14.11.2019-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay 160 manat aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi ərara alınmışdır. İcra sənədi 24.12.2019-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu könüllü müddət ərzində icra sənədində göstərilən tələbi icra etməmiş və bu barədə heç bir üzrlü səbəb göstərməmişdir. Məcburi icra tədbirləri nəticəsində borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün aidiyyəti orqanlara göndərilmiş və əldə olunan məlumatına əsasən Borclu məxsus Xaçmaz rayonu, Alışqışlaq kəndində 0,28 sot aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin torpağın üzərinə həbs qoyulması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-145 saylı, 01.06.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. İş üzrə Tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclunun vəfat etdiyini icraatına xitam verilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən icra sənədinin icraatına xitam verildiyindən Nizami rayon Məhkəməsinin 8(007)-145 saylı, 01.06.2021-cı il tarixli qərardadının ləğv edilməsi və Borclu məxsus Xaçmaz rayonu, Alışqışlaq kəndində 0.28 sot torpağın üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, icra məmurunun təqdimatına əsasən, borcluya məxsus əmlakın üzərinə məhkəmənin 07 may 2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək borclunun öldüyü və borclunun barəsindəki icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və icra məmurunun qərarı əsasında icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcluya məxsus Xaçmaz rayonu, Alıçqışlaq kəndində yerləşən 0,2857 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır, ona görə təqdimat təmin olunaraq əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 8(007)-145/2021 saylı qərardadı ilə Xaçmaz rayonu, Alıçqışlaq kəndində yerləşən 0,2857 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar