Məhkəmə qərarları › İş №8(007)-11/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-11/2025

16.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-11/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-140/2024-015 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə "xxxx" Kiçik Müəssisəsinə məxsus ünvan 1 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan hər kisəsinin dəyəri 40 manat, ümumilikdə dəyəri 600 manat olan 15 kisə un, dəyəri 150 manat olan 01 ədəd üçgözlü peç, dəyəri 850 manat olan 01 ədəd xəmir qarışdıran, hər birinin dəyəri 100 manat ümumilikdə dəyəri 200 manat olan 02 ədəd çörək daşıyan araba, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 550 manat olan 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu (dəyəri aydın deyil), hər birinin dəyəri 30 manat, ümumilikdə dəyəri 60 manat olan 02 ədəd tərəzi və dəyəri 70 manat olan 01 ədəd çörək şkafı, qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyəri “Eldar" Kiçik Müəssisəsindən alınaraq Borclu verilməli Mediasiya üçün ödənilən 200 manat məbləğində pul vəsaitirjin 100 manatı "xxxx" Kiçik Müəssisəsindən tutularaq Borclu ödənilməli, "xxxx" Kiçik Müəssisəsinə məxsus ünvan 1 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsindən bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çaynik, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 un dolu kisələr Borclu tərəfindən çıxarılmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilib və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı şəhəri Suraxani rayonu, “AB” yaşayiş sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 143, mənzil 61,62 ünvanına göndərilib. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırıb. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməyib. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilib və həmin qərardan şikayət verilməyib. Göstərilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-140/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1957-ci ildə Salyan rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar