Məhkəmə qərarları › İş №8(007)-110/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-110/2024

22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-110/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin, X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan "Suzuki Swift" markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar:

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iş üzrə borclu ünvan 1 ünvanla 103 nömrəli mənzil) mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti, 02 (iki) il müddətində öhdəliyin yerinə yetirilməməsinə görə hesablanmış həmin məbləğin 5 faizi, yəni 2550 (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınaraq, iddiaçı X3 ödənilsin. İcra sənədi icraata xx.xx.2024-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bidirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə elektron icra sistemində axtarış edilmiş və Borclu mülkiyyətində olan "Suzuki Swift" markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir.

İşdə iştirak edən şəxslər:

3. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən X4 Əli oğlu bildirdi ki, borclu icra şöbəsinə gəlmir, borcunu ödəmir. Təqdimatın təmin olunmasını xahiş etdi.

5. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Odur ki, məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İş materialları:

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, ünvan 1 ünvanla 103 nömrəli mənzil) mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti, 02 (iki) il müddətində öhdəliyin yerinə yetirilməməsinə görə hesablanmış həmin məbləğin 5 faizi, yəni 2550 (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınaraq, iddiaçı X3 ödənilməsi qət edilmişdir.

8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

9. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur.

10. 22 aprel 2024-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən sorğu edilmiş çıxarışlardan görünür ki, Borclu mülkiyyətində "Suzuki Swift" markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil vardır.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu 25710 manat məbləğində borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuşdur.

Tətbiq edilən hüquq:

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmənin mövqeyi:

13. Məhkəmə tərəfləri dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir.

14. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus olan "Suzuki Swift" markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat versə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır.

Nəticə:

15. Yuxarıda sadalananlara əsasən təqdimat təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan "Suzuki Swift" markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldi:

Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan "Suzuki Swift" markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar