Məhkəmə qərarları › İş №8(007)-116/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-116/2024

28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-116/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh X1 15300 manat məbləğində pul və ödənilmiş 135,90 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Tələbkar ödənilməsi, ödənilmiş dövlət rüsumunun 0,10 manatının iddiaçı Tələbkar aid edilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2249/2023-007 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 15435,9 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunverciliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır. Borclu müxtəlif vaxtlarda respublika sərhədini tərk etmişdir. Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırkı vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan Borclu ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1980-ci il təvəllüdlü, Masallı rayonu, Türkoba kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıda dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, təqdimat təmin edilməli, icra sənədi icra edilədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədi icra olunanadək, xx.xx.1980-ci il tarixdə Masallı rayonunun Türkoba kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar