Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-118/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı, 11.11.2021-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı, 11.11.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 08 may 2006cı il təvəllüdlü X2 və 29 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 17 iyul 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi 18.01.2022-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında 28.02.2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı, 11.11.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı, 11.11.2021-ci il tarixli icra vərəqəsindən göründüyü kimi, Borclu 08 may 2006-cı il təvəllüdlü X2 və 29 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 17 iyul 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. - 18.01.2022-ci il tarixli Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı, 11.11.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - 18.01.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı, 11.11.2021-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrası borcludan xahiş edilmiş, üzrsüz səbəbdən icra sənədi icra edilmədikdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - “SMS bildirişin” göndərilməsi barədə 22.01.2022 və 15.02.2022-ci il tarixli çıxarışlardan görünür ki, müvafiq olaraq həmin tarixlərdə Borclu məhkəmə qərarının icra isə ilə bağlı Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə çağırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Təqdimata əlavə olunmuş 22.01.2022 və 15.02.2022-ci il tarixli sms bildirişdən görünür ki, Borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Eyni zamanda Borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Borclu icra şöbəsinə gəlməkdən qəsdən boyun qaçırmışdır, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-118/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-118/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver