Məhkəmə qərarları › İş №8(007)-119/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-119/2023

27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-119/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzrə 525,24 manat əsas borc, 35 manat cərimə borcu olmaqla, ümumilikdə 560,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Tələbkar MMC-nin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov Borclu məcburi gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatla razılaşmadığını bildirdi və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, izahat verərək göstərdi ki, onu hazırki işlə bağlı icra şöbəsindən çağırmamışlar. İcra şöbəsinə başqa işi maşını satılması ilə bağlı gedərkən belə bir icra sənədindən məlumatı olub. Amma icra məmuru hazırki işlə bağlı ona heç nə deməmişdir. Borc və şirkət barədə məlumatı yoxdur. O, bununla bağlı icra şöbəsinə gedəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məhkəmə iclasında iştirak etmiş və izahat verərək göstərmişdir ki, icra şöbəsinə çağırılmamış, onun çağırışlardan məlumatı olmamışdır və borcunu ödəməkdən boyun qaçırmır. Belə olan halda, məhkəmə, borclunun məhkəmə iclasında iştirakını və verdiyi izahatını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar