Məhkəmə qərarları › İş №8(007)-12/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-12/2023

06.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-12/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Borclu və ərizəçi X4 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı Tələbkar cavabdeh X6 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 1990,58 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,31 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi, artıq ödənilmiş 5,69 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı Tələbkar ( FİN: xxxxxxx, "xxxx" ASC, Nəsimi filialı, VÖEN **********, qəbzi nömrəsi 23056, terminal nömrəsi K0111011, GPP qəbz nömrəsi 875489846, Tarix: xx.xx.2022, saat 10:15) qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X5, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. X2 həmin qətnamədə göstərilən borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini hissə-hissə, ayda 200 manat ödənilməklə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, altı ailə üzvü ilə birlikdə yaşayır və ailədə yeganə işləyən oğlu X8r ki, onun da aylıq maaşı 450-500 manat təşkil edir. Hazırki vəziyyətdə, yəni pandemiyanın bütün dünyada iqtisadiyyatı infilyasiyaya düçar qoyduğu zamanda 450-500 manat pul vəsaiti ilə 6 nəfərlik ailə üzvünün bütün tələbatlarını qarşılamaq onsuz da mümkünsüzdür. Ailənin maddi durumu, həyat şəraiti olduqca aşağı səviyyədədir. Bu səbəbdən məhkəmə ilə müəyyən edilmiş pul vəsaitini birdəfəyə ödəmək imkanları xaricindədir. Həmçinin, məhkəmə qətnaməsi ilə tutulmuş 1990,58 manat pul vəsaitindən 200 manat hissəsini xx.xx.2022-ci il tarixdə ödəmişdir. Məhkəmə iclasında borclu və ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o işləmir, pensiya almır. Sentyabr ayından 200 manat ödəmişdir. İcra məmurları onun avtomobilinin üzərinə həbs qoymuş, həmin avtomobili ona qaytarsa, işləyib borcunu ödəyərdi. Belə halda, qətnaməni ayda 200 manat ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, icra məmuru gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşdə mövcud olan xx.xx.2023-cü il tarixli telefonoqramın məzmunundan görünür ki, Tələbkar 050 (055)-316-62-68 mobil nömrəsi vasitəsilə məhkəmə ilə əlaqə saxlayaraq yaşlı olduğu üçün sağlığı ilə bağlı məhkəmə iclasında iştirak etməyəcəyini və qətnamənin hissə-hissə icra olunmasına razı olmadığını bildirmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Eyni zamanda bu barədə qərar qəbul edilərkən məhkəmə tərəfindən tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Hansı ki, tələbkarın telefonoqramdan görünür ki, o, qətnamənin hissə-hissə icra edilməsinə razı deyildir.. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini hissə-hissə, ayda 200 manat ödənilməklə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar