Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-123/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar X1 qızının vəkili və nümayəndəsi Vəkil, Borclu iştirakları ilə, Maraqlı şəxs icra məmuru X6 tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi ilə bağlı tələbkar X1 qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin e-2(007)-1624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bı̇ lalzadə Ümı̇ d Fı̇ rdovsi oğlu ilə Səfərova- Bı̇ lalzadə Leyla Zaur qızı arasında xx.xx.2018-ci il tarixdə Bakı Nikah evində bağlanılmış və 745 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X3 anası Səfərova-Bı̇ lalzadə Leyla Zaur qızının yanında saxlanılması, Bı̇ lalzadə Ümı̇ d Fı̇ rdovsi oğlundan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin Səfərova- Bı̇ lalzadə Leyla Zaur qızının xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddiaçı Səfərova-Bı̇ lalzadə Leyla Zaur qızı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin ona aid edilməsi, məhkəmə xərcləri qismində Səfərova- Bı̇ lalzadə Leyla Zaur qızı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin Bı̇ lalzadə Ümı̇ d Fı̇ rdovsi oğlundan Səfərova-Bı̇ lalzadə Leyla Zaur qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə aliment hissəsində dərhal icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Daha sonra X1 qızı xx.xx.2022-ci il tarixdə Maraqlı şəxsnə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixli icra sənədinin icraatı ilə bağlı Borclu heç bir aliment borcunun olmadığını, ailələrinin bərpa edilməsini bildirmiş, icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ilə icra sənədində qeyd olunan tələbin Borclu tərəfindən tam şəkildə təmin olunduğundan icraata xitam verilmişdir. Hazırda tələbkar tələbkar X1 qızı məhkəməyə şikayət ilə müraciət edərək, Nizami rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən çıxarılmış icraata xitam verilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin e- 2(007)-1624/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, cavabdeh Borclu 22 yanvar 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment iddiaçı X1 qızının xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında e-2(007)-1624/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi verilmiş və icra sənədi icraya yönəldikdən sonra, icraçı borclunu alimentin ödənilməsi ilə bağlı icra hərəkətləri apardığından borclu onunla barışmış, yenidən ailə qurmaq istədiyini bildirmişdir. Bir xanım olaraq azyaşlı övladları atasız böyüməsin deyə o, ailə münasibətlərinin bərpasına müsbət yanaşmışdır. Belə ki. bir müddət sonra onlar cavabdehlə barışmış və bununla əlaqədər xx.xx.2022-ci il tarixdə Nizami rayon İcra Şöbəsinə ərizə yazaraq Borclu heç bir borcu olmadığını və onların artıq yenidən bir ailə olduqlarını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli Nizami Rayon İcra Şöbəsinin qərarına əsasən Nizami rayon Məhkəməsinin e- 2(007)-1624/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Cavabdehlə barışdıqlarından sonra onun əsl niyyətinin barışmaq deyil, aliment ödəməkdən yayınmaq olduğunu anlamışdır. Aldadıldığını başa düşdükdən sonra bu dəfə borcludan tam əminliklə ayrılmaq qərarını almışdır. Bir atanın qızının saxlanılması üçün xərclərdə iştirak etmək istəmədiyini və belə bir yola əl atacağını düşünməmişdir. Məhkəmə iclasında tələbkar X1 qızı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, tələbkar iddia ərizəsi verildiyi tarixdən tutulan aliment məbləğini istəyir. Tələbkar xitam qərarını xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Məhkəmə iclasında Borclu şikayəti qəbul etmədiyini bildirdi və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, onlar tələbkar ilə 2 ay birlikdə yaşamışlar, sonra tələbkarın ailəvi psixoloji problemi olduğunu görmüşdür. O niyə əvvəlki ayların alimentini verməlidir? Onsuz da o, hər ay uşağa pul verir. O, uşağına görə narahatdır. Sonradan tələbkar tərəf ev istədiklərini demiş, o da ipoteka götürüb öz adına ev almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.5-ci maddəsinə tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə ilk öncə qeyd edir ki, icra işinə əlavə edilmiş sənədlər əsasında icra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı tələbkar X1 qızı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edildiyi müəyyən edilmişdir. Bundan sonra tələbkar X1 qızı xx.xx.2023-cü il tarixdə məhkəməyə Maraqlı şəxs icra məmuru X6 tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi ilə bağlı şikayət ilə müraciət etmişdir. Göründüyü kii tələbkar tərəfindən 10 günlük şikayət müddəti ötürülməmişdir. Məhkəmə şikayətə münasibətdə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi aliment hissəsində dərhal icra olunması üçün icraya yönəldilmiş və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, Borclu icra sənədinin könüllü icra olunması barədə bildiriş göndərilmişdir. Daha sonra tələbkar ilə borclu arasında barışıq olmuş və tələbkar ərizə yazaraq icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli icraata xitam verilmə haqqında qərar ilə X1 qızının ərizəsi nəzərə alınmaqla 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilməsi qərara alınmışdır. Hazırda tələbkar həmin qərarın ləğv edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə alimentin tutulmasının uşaq yetkinlik yaşına çatana kimi davam edən münasibət olmasını, hazırki mübahisədə əsas məsələnin uşağın mənafeyinin olmasını, tərəflərin övladları X3 xx.xx.2020-ci il təvəllüdlü olmasını, uşağın hazırda yetkinlik yaşına çatmadığını nəzərə alaraq hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinə əsaslanaraq icra sənədi üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Beləliklə, tələbkar X1 qızının verdiyi şikayət təmin edilməli, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası davam edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilsin. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-123/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-123/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver