Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-124/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(007)-1192/2020 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(007)-1192/2020 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni tam şəkildə təmin edib, iş № 2(007)-1192/2020 saylı, 28.10.2020-ci il tarixli və iş № 2(007)-594/2021 saylı, 29.07.2021-ci il tarixli icra sənədi (tərəfinizdən verilmiş) borclu şəxs, qətnamə üzrə cavabdeh olaraq, bir icra sənədi üzrə 10000 (on min) manat və digər icra sənədi üzrə 20000 (iyirmi min) manat, toplam 30000 (otuz min) manat pul vəsaitini tələbkar X5 və X6 aylıq hər bir tələbkara 100 (bir yüz) manat olmaqla, toplam iki icra sənədi üzrə 200 (iki yüz) manat ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iş № 2(007)-1192/2020 saylı, 28.10.2020-ci il tarixli və iş № 2(007)-594/2021 saylı, 29.07.2021-ci il tarixli icra sənədi üzrə borclu şəxs, qətnamə üzrə cavabdeh olaraq, bir icra sənədi üzrə 10000 (on min) manat və digər icra sənədi üzrə 20000 (iyirmi min) manat, toplam 30000 (otuz min) manat pul vəsaitini tələbkar X5 və X6 ödəməyi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirir ki, o, “Şizofreniya paranoid forma” adlı xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkir. Uzun illərdir mütəmadi müalicələr alır və xəstəliyi ilə əlaqədar olaraq heç bir yerdə işə götürülmür. Sonuncu olaraq 01.03.2022-ci il tarixində 2 saylı klinik Psixatriya Xəstəxanasında müalicə almışdır. Hal-hazırda bacısının himayəsində yaşayır. Xəstəliyi və yuxarıda xəstəliyi ilə əlaqədar verilmiş bütün tibbi sənədləri qoşma hissədə nəzərə çatdırır. Sözügedən icra sənədi üzrə öhdəiyini işsiz olmağı, həmiçinin “Şizofreniya paranoid forma” adlı xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkməyi səbəbilə üzrlü səbəbdən icra edə bilmir. Bunu yalnız bir halda icra etməyi mümkündür ki, icra sənədi üzrə nəzərdə tutulan pul vəsaitləri üzrə məbləğləri aylıq hər birinə 100 (bir yüz) manat olmaqla, toplam iki icra sənədi üzrə 200 (iki yüz) manat ödəməklə mümkün ola bilər. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-594/2021 saylı, 29.07.2021-ci il tarixli icra sənədi icra sənədinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə dair iş 8(007)-125/2022 nömrəli ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Belə ki, borclu ərizəyə 26 nömrəli şəhər poliklinikasının 09.06.2021-ci il tarixli arayışını əlavə edərək göstərimişdir ki, o, 2019-cu il tarixdən “Şizofreniya paranoid forma” dianozu ilə poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetindən qeydiyyatdadır və bu xəsətliyi səbəbi ilə icra sənədini icra edə bilmir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, X4 fəaliyyət qabiliyyətli şəxsdir və o, öz borcu üçün tələbkar qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında kredit müqaviləsi bağlanmış və borclu öhdəlik götürmüşdür ki, müqavilə ilə nəzərdə tutulmuş müddətdə borcunu ödəyəcəkdir. Lakin borclu tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbəbindən tələbkar ərizə ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Hazırkı vaxtadək məhkəməyə borcun ödənilməsinə dair hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə borclunun icra sənədini icra etmək niyyəti müşaiət olunmamışdır. Bundan başqa, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni cəmi 20000 manat pul vəsaitinin hissə-hissə, hər ay 100 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(007)-1192/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-124/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-124/2022
22.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver