Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-125/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair X1nın ərizəsinə məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsi ilə X7 ilə Rəhimova (Vəlimətova) Aynur Sövləddinovna arasında bağlanmış nikahın pozulması, X5 və X3 anası Rəhimova (Vəlimətova) Aynur Sövləddinovnanın yanında qalması qət edilmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsinin hissə-hissə edilməsini və "xxxx" ASC-yə olan borcunu ayda 400 manat olaraq ödəməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, borclu tərəfindən hissə-hissə ödənilməsi barədə ərizəsində qeyd etdiyi qətnamədə hər hansı borc məbləğinin ödənilməsi qeyd edilməmiş, ümumiyyətlə borclu həmin qətnamə üzrə tərəf olmamışdır. Buna görə də həmin qətnamənin onunla nə kimi bağlılığını müəyyən etməkdə çətinlik yaranmışdır. Eyni zamanda, ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Aparatının borcluya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə "xxxx" ASC-nin X4 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2197/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edə biləcəyi izah edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə əhəmiyyət kəsb edən hissı-hissə ödənilməsi xahiş edilən borc məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi və digər zəruri sənədlər ərizəyə əlavə edilmədiyi və ərizə düzgün tərtib edilmədiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsinin hissə-hissə edilməsi və "xxxx" ASC-yə olan borcunu ayda 400 manat olaraq ödənilməsinə dair ərizə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-125/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-125/2024
06.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver