Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-126/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi İcra məmuru X1 iştirakı ilə, Borclu MMC-nin (Borclu MTK) əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən ümumilikdə 24530 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra məmurunun təqdimatına əsasən, Borclu MMC-nin mülkiyyətində avtomobil aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-283/2022 saylı qərardadı ilə Borclu MMC-nin adına qeydiyyatda olan “X7” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Borclu MMC-nin əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə məcburi icraya yönəldilmiş və həmin tarixdə icraata qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu hüquqi şəxsin adma dövlət qeydiyyatında avtomobilin qeydə alındığı müəyyən edilmiş və həmin avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olumuş və məhkəmənin 8(007)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu MMC-yə məxsus “X7” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmudur. Qanunvericliyin tələblərinə uyğun olaraq avtomobil üzərinə həbs qoyulduqdan sonra avtomobilin qiymətləndirilməsi üçün müvafiq qiymətləndirici ekspert dəvət olunaraq avtomobilin hazırki bazar dəyərinin 93500 manat civarında qiymətləndirilməsinə dair müvafiq rəy əldə olunmuşdur. Sonradan həmin avtomobilin tələbkara təklif olunması üçün tələbkara bir neçə dəfə təklif göndərilmiş, lakin tələbkar tərəfindən buna heç bir münasibət bildirilməmişdir. Sonradan sözügedən avtomobilin açıq hərrac vasitəsi ilə satılması üçün Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə sifarişlə müraciət olunmuş, lakin keçirilmiş hərracda alıcı müraciət olmadığından icra sənədi geri qaytarılmışdır. Sonradan qanunvericiliyin tələblərinə uyğun olaraq icra sənədi üzrə tələbkarın ünvanına ayrı-ayrı tarixlərdə (xəbərnaməli) təklif göndərilsə də tələbkar tərəfindən buna heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında İcra məmuru X3 təqdimatın məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə bildirdi ki, tələbkarın nümayəndəsinin mobil nömrəsi ilə əlaqə saxlamış, borclunun adına avtomobilin olması barədə bildirmiş, tələbkarın nümayəndəsi isə nağd pul istədiklərini demişdir. Cavabdehin bank hesablarında vəsaitin olmaması müəyyən olunmuşdur. Onlar sonuncu hərrac ilə bağlı tələbkara təklif göndərmişlər. Lakin tələbkar tərəfindən əmlak qəbul edilməmişdir. Tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən X2 xeyrinə 24.500,00 (iyirmi dörd min beş yüz) manat məbləğində vəsait tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X5 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsunun əvəzi "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamələr qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra icra məmurunun təqdimatına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-283/2022 saylı qərardadı ilə Borclu MMC-nin adına qeydiyyatda olan “X7” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qiymətləndirici dəvət edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar ilə “X7” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün qiymətləndirici ekspertin dəvət edilməsi qərara alınmış və bununla bağlı "xxxx" MMC-yə, surətləri isə tələbkara, borcluya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə olmaqla məktub göndərilmişdir. Eyni zamanda, icra şöbəsi tərəfindən tələbkar X4 xx.xx.2023-cü il tarixdə borclu "xxxx" MMC-yə məxsus ümumi dəyəri 93500 manat məbləğində olan “X7” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin icra sənədində göstərilən tələbin əvəzi qismində, yəni (93500 -24530=68970) 68970 manat pul vəsaitinin icra şöbəsinin depozit hesabına ödənilməklə qəbul edilməsi üçün təklif göndərilmişdir. Təklif Tələbkar tərəfindən qəbul edilmişdir. İcra şöbəsi xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə, surətləri tələbkar, borclu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məktub ünvanlayaraq mübahisəli avtomobilin bazar qiymətinin 93500 manat müəyyən edilməklə açıq hərrəacda satışını təşkil etmək xahiş etmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixli məktub ilə mübahisəli avtomobilin xx.xx.2023-cü il tarixdə “Birja Yenilikləri” qazetində elanı çıxdığı və hərracın xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli məktub ilə isə alıcı müraciəti olmadığından hərracın baş tutmaması müəyyən edilmişdir. Bundan sonra tələbkara xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə yenidən təkliflər göndərilmiş, tələbkar təklifləri əldə etsə də heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, icra məmuru üzərinə düşən öhdəlikləri etmiş, əmlak satılmadığı üçün hərrac ilə bağlı həmin əmlak yenidən tələbkara təklif olunmuş, tələbkar isə bununla bağlı heç bir münasibət bildirməmişdir. Bundan sonra İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5 və 53.3-cü maddələrinə əsasən icra sənədi məhkəməyə geri qaytarılmış, borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin borcluya qaytarılması qərara alınmışdır. Buna görə də icra məmuru əmlakın borcluya qaytarılması üçün avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu MMC-nin (Borclu MTK) mülkiyyətində olan “X7” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-283/2022 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-126/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-126/2023
13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver