Məhkəmə qərarları › İş №8(007)-127/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-127/2024

22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-127/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, "xxxx" MMC tərəfindən verilmiş “icra üsulu və qaydasının dəyişdirilməsi”nə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi : Tələb :

1. "xxxx" MMC “icra üsulu və qaydasının dəyişdirilməsi”nə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı, 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə olunması hissəsində icra üsulu və qaydasının dəyişdirilərək – Bakı şəhəri, Nizami rayou, Şirin Mirzəyev küçəsində yerləşən 5 saylı binanın sahəsi 95 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsinin "xxxx" MMC-yə həvalə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar :

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilərək tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun iddiaçı Tələbkar qəbul olunması və müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı, 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsinin "xxxx" MMC-yə həvalə olunması, 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMC-dən aylıq 300 manat kirayə haqqının tutulub iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Lakin hal-hazıradək qətnamənin icra olunması üzürlü səbəblərdən mümkün olmamışdır. Belə ki, mülki işə baxılarkən mübahisəli mənzilin Ağayeva (hazırda Mustafazadə) Şəhanə Əkbər qızının sahiblik və istifadəsində olması, mənzilin cavabdehə verilməmək səbəbi araşdırılmamışdır. Həmçinin məhkəmə mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsini qət edərkən mənzildə kimin yaşamasını araşdırmadan boşaldılmasını qət etmişdir. Əgər mənzilin boşaldılması qət olunmuşdursa, deməli mənzildə kiminsə yaşaması və əşyaların olması müəyyən olunmuşdur ki, məhkəmə bu nəticəyə gəlmişdir. Tələbkar xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulu "xxxx" MMC-yə ödəmədiyindən onunla bağlanmış müqavilə ləğv olunaraq ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən 54 nömrəli mənzil 14 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən 81900 (səksən bir min doqquz yüz) manat məbləğində pula Ağayeva (hazırda Mustafazadə) Şəhanə Əkbər qızına satılmışdır. 01 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 2 saylı binanın 54 nömrəli mənzili X4 mülkiyyəti kimi qeydə alınmışdır. X1 həmin mənzili X3 və mənzil 08 iyul 2023-cü il tarixdə sonuncunun mülkiyyəti kimi qeydə alınmışdır. X11 isə mənzili öz növbəsində X2 və mənzil 25 avqust 2023-cü il tarixdə sonuncunun mülkiyyəti kimi qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi qəbul olunarkən mübahisəli mənzil artıq satıldığından və hazırda başqa şəxsin mülkiyyətində olduğundan qətnamənin icrası qeyri-mümkündür. Buna görə də, "xxxx" MMC ilə Tələbkar arasında 22 yanvar 2024-cü ildə razılaşma bağlanaraq onun istifadəsinə verilməli olan ünvan 1 ünvanında yerləşən 2 saylı binanın sahəsi 63 kv.m olan 1 otaqlı 54 nömrəli mənzilin əvəzinə istifadəsinə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 5 saylı binanın sahəsi 95 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilin verilməsinə dair barışıq əldə edilmişdir. Lakin həmin günü Tələbkar yenidən "xxxx" MMC-yə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 saylı binanın sahəsi 63 kv.m olan 1 otaqlı 54 nömrəli mənzilin müqavilədə onun istifadəsinə verilməsinin nəzərdə tutulmasına baxmayaraq hazırki Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 5 saylı binanın sahəsi 95 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilin onun mülkiyyətinə verilməsi halında razılaşacağını qeyd etmişdir. Onu qeyd etmişlər ki, ünvan 1 ünvanında yerləşən 2 saylı binanın sahəsi 63 kv.m olan 1 otaqlı 54 nömrəli mənzil hal-hazırda X5 mülkiyyətində olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinə əsasən mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsinin "xxxx" MMC tərəfindən icrası qeyri-mümkündür. Buna görə də, qətnamənin icra üsulunun dəyişdirilməsinə zərurət yaranmışdır.

İş materialları :

3. "xxxx" MMC ilə Tələbkar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Tələbkar ünvan 2 ünvanında yaşadığı 1 otaqlı, 22 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə tikilməkdə olan binasında 13-cü mərtəbə, 1 otaqlı 47.18 kv.m, 219№-li mənzili orta təmirli vəziyyətdə Tələbkar istifadəsinə verməyi və "xxxx" MMC-nin tikilməkdə olan binanın püşkatma yolu ilə müəyyən edilmiş 1 otaqlı 47.18 kv.m, 219№-li mənzili Tələbkar verilənədək onun kirayədə yaşamaq xərci olan 300 (üç yüz) manatı ödəməyə dair öhdəlik götürmüşdür.

4. "xxxx" MMC ilə Tələbkar arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Tələbkar ünvan 2 ünvanında yaşadığı 1 otaqlı, 22 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə tikilməkdə olan 2 saylı binada 8-ci mərtəbə, 1 otaqlı, 45.5 m2 və “Sakinin” öz istəyinə (Ərizəsinə) əsasən, ödəniş şərti ilə həmin mənzilin sahəsinə əlavə olaraq 17.5 m2 yəni cəmi 63 kv.m 54№-li mənzili orta təmirli vəziyyətdə “Sakinin” istifadəsində verməyi təşkil etdiyi və yuxarıda göstərilən əlavə kvadrat sahəyə görə “Sakinin” ödənişi 22000 manat təşkil etməyə dair öhdəlik götürmüşdür.

5. "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, “Cəmiyyət” ünvan 3 ünvanında inşa edilən 2 saylı binanın 8-ci mərtəbəsindəki 54№-li mənzili “Alıcı”-ya verməyi, “Alıcı” isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunması, iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun iddiaçı Tələbkar qəbul olunması və müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı, 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə olunması, 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMC-dən aylıq 300 manat kirayə haqqının tutulub iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40, mənzil 54, Yeni qaydalarla: AZ1060, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.50 kv.m olan mənzil X4 xüsusi mülkiyyətindədir.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40, mənzil 54, Yeni qaydalarla: AZ1060, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.50 kv.m olan mənzil X7 xüsusi mülkiyyətindədir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40, mənzil 54, Yeni qaydalarla: AZ1060, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.50 kv.m olan mənzil X5 xüsusi mülkiyyətindədir.

10. "xxxx" MMC ilə Tələbkar arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma sənədinin surətindən görünür ki, "xxxx" MMC ilə Tələbkar razılaşma sənədindən görünür ki, tərəflər arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 5 saylı mənzil əvəzi ödənilmədən Tələbkar oğunun istifadəsinə verilməsi və Tələbkar Məhəməd oğlunun ünvan 1 ünvanında 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən sahəsi 45.51 kv.m olan 91 nömrəli 1 otaqlı mənzilə köçürülməsi tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsindəki iddiasından imtina etməsinə dair razılığa gəliblər.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

Məhkəmənin mövqeyi :

12. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş “icra üsulu və qaydasının dəyişdirilməsi”nə dair ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.

13. Hazırda "xxxx" MMC-nin “icra üsulu və qaydasının dəyişdirilməsi”nə dair ərizəsini ünvan 1 ünvanında yerləşən 2 saylı binanın sahəsi 63 kv.m olan 1 otaqlı 54 nömrəli mənzil hal-hazırda X5 mülkiyyətində olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinə əsasən mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsinin "xxxx" MMC tərəfindən icrasının qeyri-mümkün olaması səbəbindən qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə zərurət yaranması ilə əsaslandırmışlar.

14. Məhkəmə "xxxx" MMC-nin “icra üsulu və qaydasının dəyişdirilməsi”nə dair ərizəsinə hüquqi münasibət bildirməzdən əvvəl qanunvericiliyin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə dair müddəalarının tələblərini qeyd etməyi zəruri hesab edir.

15. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində qeyd olunuşdur ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

17. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur.

18. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunması, iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun iddiaçı Tələbkar qəbul olunması və müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı, 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsinin "xxxx" MMC-yə həvalə olunması, 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMCdən aylıq 300 manat kirayə haqqının tutulub iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.

19. Hazırda ərizəçi "xxxx" MMC “Bakı şəhəri, Nizami rayou, Şirin Mirzəyev küçəsində yerləşən 5 saylı binanın sahəsi 95 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi”nin "xxxx" MMC-yə həvalə olunmasına dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin mahiyyətinin dəyişdirilməsini xahiş etmiş olur.

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi onun mahiyyətinin dəyişdirilməməlidir.

21. Məhkəmə qeyd edir ki, ərizəçi "xxxx" MMC-nin hazırki ərizəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin mahiyyətinin dəyişdirilməsinə yönəlmiş olduğundan və Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələblərinə əsasən həll edilən qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi hallarına aid olmadığı üçün ərizəyə məhkəmə qaydasında (icra icraatı qaydasında) baxılmalı deyil.

22. İş materiallarından görünür ki, tərəflər arasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin icrası ilə bağlı razılaşma əldə edilmişdir.

23. Belə ki, "xxxx" MMC ilə Tələbkar arasında xx.xx.2024-cü il tarixində razılaşma sazişinə əsasən "xxxx" MMC tərəfindən Tələbkar ünvan 1 ünvanında 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən sahəsi 45.51 kv.m olan 91 nömrəli 1 otaqlı mənzil təklif olunmuş, lakin Tələbkar həmin mənzili qəbul etməkdən imtina etdiyi üçün "xxxx" MMC Tələbkar Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev keçəsi 5 saylı binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 95. kv.m olan 7 nömrəli 2 otaqlı mənzil əvəzi ödənilmədən Tələbkar istifadəsinə verməyi və "xxxx" MMC Tələbkar ünvan 1 ünvanında 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən sahəsi 45.51 kv.m olan 91 nömrəli 1 otaqlı mənzilə köçürülməsi tələbinə dair Bakı şəhər Nizami rayon məhkəməsindəki iddiasından imtina etməyi, Tələbkar "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən 54 saylı, sahəsi 63 kv.m. olan mənzilə dair heç bir iddiasının, tələbinin, yaxud pretenziyasının, habelə hər hansı digər maddi və qeyri-maddi tələbinin olmadığını, bundan sonra da olmayacağını bildirir və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 5 saylı binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 95. kv.m olan 7 nömrəli 2 otaqlı mənzili əvəzi ödənilmədən 15 gün ərzində istifadəsinə qəbul etməyi öhdələrinə götürmüşlər.

24. Həmçinin xx.xx.2024-cü il tarixli razılıq sazişində həmin sazişə tərəflərin qarşılığı ilə xitam verilməsi barədə razılığa gəlmişlər.

25. Ərizəçi "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi hazırki ərizənin təsviri hissəsinə əsasə müəyyən edilmişdir ki, tərəflər arasında razılaşma əldə edilməsinə baxmayaraq Tələbkar həmin müvafiq sazişi yalnız həmin - Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 5 saylı binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 95. kv.m olan 7 nömrəli 2 otaqlı mənzil onun mülkiyyətinə veriləcəyi halda sazişi icra edəcəyini bildirmişdir.

26. Belə olan halda məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin icrasına dair razılıq əldə edilmişdir, lakin həmin razılıq sazişin icrası ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır.

27. Yuxarıda qeyd edilənlərə və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, ərizəçi "xxxx" MMC mülki qanunvericilik ilə müəyyən edilmiş qaydada həmin sazişin icrası ilə bağlı tədbirlər görməli olduğu halda, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi hallarına aid olmayan həmin qətnamənin mahiyyətinin dəyişdirilməsinə yönələn hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin “icra üsulunun dəyişdirilməsi”nə dair ərizəsində qeyd edilən xüsusatlar nəticəsində "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 2 saylı binanın sahəsi 63 kv.m olan 1 otaqlı 54 nömrəli mənzili təhvil verə bilməməsi səbəbi ilə Bakı şəhəri, Nizami rayou, Şirin Mirzəyev küçəsində yerləşən 5 saylı binanın sahəsi 95 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3704/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin mahiyyətindən kənara çıxılması ilə nəticələnir.

29. Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli Plenum qərarında mövqeyi ondan ibarət olmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir.

Nəticə :

30. Belə olan halda, məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin “icra üsulunun dəyişdirilməsi”nə dair ərizəsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi hallarına aid olmadığından və həmin qətnamənin mahiyyətinin dəyişdirilməsinə yönəldiyindən icraata qəbul edilməkdən imtina edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

"xxxx" MMC-nin qətnamənin “icra üsulu və qaydasının dəyişdirilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar