Məhkəmə qərarları › İş №8(007)-128/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-128/2023

03.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-128/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, X1 iştirakı ilə İcra sənədinin icra üsulunun dəyişdirilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X5 ərizəni onunla əsaslandırdı ki, iddiaçı X11 cavabdehlər X13 və ona qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-958/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib, X9 və ondan maddi zərərin əvəzi olaraq 12000 manat pulun X11 xeyrinə tutulması qət edilib. Nizami Rayon Məhkəməsinin 2(007)- 1634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X13 və ona qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər X9 və ondan iddiaçı X3 xeyrinə 8000 manat və dövlət rüsumuna görə ödənilmiş 106 manat vəsaitin əvəzinin tutulması qət edilib. İddia tələbi qalan hissədə təmin edilməyib.İddiaçı X25 cavabdehlər X13, ona qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və ondan maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat, cəmi 20 000 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı X20 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.Lakin Nizami Rayon Məhkəməsinin 2(007)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X9 və ondan müştərək qaydada X18 xeyrinə 8000,00 manat məbləğində vəsait tutulması qət edilib. İddia tələbi qalan hissədə təmin edilməyib. X25 tərəfindən dövlət rüsumuna görə ödənilən 30 manat məbləğində vəsaitin əvəzi X9 və ondan müştərək qaydada tutularaq X18 xeyrinə ödənilməsi də qət edilib.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 132/2021 saylı, ci il tarixli qərarından və iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X12 ittiham üzrə ona ümumilikdə 14000 manat ziyan vurulduğunu, həmin ziyandan ona apellyasiya baxışınadək Əhməd Mamoyev tərəfindən cəmi 1000 manat ödənildiyini, 13000 manatın isə ödənilməmiş qaldığını göstərərək, hökmün dəyişdirilərək onun 13000 manat məbləğində mülki iddiasının təmin edilməsini, eləcə də məhkumlara daha ağır cəza təyin edilməsini, onun müdafiəçisinin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 apellyasiya şikayəti qismən, yəni mülki iddiaya aid hissədə məhkum olunmuş şəxslər X9 və ondan 13000 manat məbləğində pulun tutularaq, zərəçəkmiş şəxs X8 verilməsi barədə qərar qəbul edilmiş, zərəçəkmiş şəxs X8 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququnun izah olunması barədə müddəanın hökmdən xaric edilməsi qərara alınıb.Maraqlı şəxsndən daxil olmuş 17 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna və ona əlavə edilmiş sənədlərə əsasən X21 və o, müştərək qaydada 13000 manat pul vəsaitinin tutularaq X8 verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli icra sənədi üzrə qalan 12010 manatın, 12000 manat pul vəsaitinin tutularaq X14 verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(007)-958/2022 nömrəli icra sənədi üzrə qalan 11381,38 manatın, 8106 manat pul vəsaitinin tutularaq X4 verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(007)-1634/2022 nömrəli, 8030 manat pul vəsaitinin tutularaq X20 verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(007)-180/2022 nömrəli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyib, icra sənədləri üzrə qeyd olunan pul vəsaitlərini ödəməyərək icra sənədlərinin icrasını təmin etməyib. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Maraqlı şəxs böyük icra məmuru X23 protokolun məzmununa uyğun izahat verərək, borclunun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edib.O, apellyasiya qaydasında verdiyi şikayətini onunla əsaslandırmışdır ki, onun 1300 manat pensiyasından hər ay 618.62 manat tələbkara ödənilir. Cəzaçəkmə müəssisəsində olarkən tələbkarın xeyrinə 990 manat pul vəsaiti ödəmişdir. Buna baxmayaraq, icra məmuru pensiya kartından hər ay 50% pul tutulması barədə sənədləri protokola əlavə etməyib. Lakin məhkəmədə həmin hal müəyyən edilib. Buna baxmayaraq, məhkəmə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edib. onun pensiyadan başqa hər hansı gəliri yoxdur. Aliment öhdəliyi və kredit borcları olduğundan maddi çətinlikləri vardır. Apellyasiya icraatında o, şikayətin dəlillərini müdafiə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2646/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatında X22, X7 və X25 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2646/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını və X15 cərimə tətbiq edilməməsini xahiş ediblər.Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və toplanmış materialları nəzərdən keçirib hesab edib ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarına və tərəflərin izahatlarına əsasən qeyd edir ki, qətnamənin icrası üçün onun pensiyasından hər ay 50% olmaqla, 618.62 manat məbləğində pul tutularaq tələbkara ödənilir. Bundan başqa, tələbkarın xeyrinə 990 manat pul vəsaiti də ödənilib. Qeyd edilən hallar onun qətnaməni icra etdiyini və onun icrasından qəsdən boyun qaçırmadığını göstərən hallardır. Qeyd edilən müddəalardan da göründüyü kimi, onun pensiyasının 50%-i məbləğində pulun tutulması qanunvericiliyin tələblərinə uyğun olub. Belə olan halda, məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə qeyd edilən bütün tələblərə riayət oldunduğundan, onun məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı inzibati təhbeh tətbiq edilməsinə dair məhkəmənin qərarı əsassız olub.Belə ki, iş materiallarından görünür ki, borcludan hər ay pensiyasının 50%-i tutulmaqla məcburi icra tədbiri həyata keçirilir və bu hal borclunun məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsi üçün əsas deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxslər ondan cərimə tutulmasına razı olmadıqlarını, cərimə üçün ödəyəcəyi məbləğin borcun ödənilməsinə sərf edilməsinin məqsədəmüvafiq olmasını bildirmişlər.Qeyd edilən hallar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə apelyasiya qaydasında onun verdiyi şikayətin dəlillərinin əsaslı olması qənaətinə gəlməyə əsas vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş digər proses iştirakçıları məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Borclunun məhkəmədə verdiyi izahatdan və iddia ərizəsinin məzmunundan görünür ki, hal-hazırda onun barəsində müxtəlif məhkəmələr tərəfindən qəbul olunmuş və qanuni qüvvəsini almış 7 icra sənədi vardır və borclu aldığı pensiyanın 50%-nin həmin icra sənədləri üzrə tələbkarlar arasında bərabər olaraq bölüşdürülməsini xahiş edir. Lakin, borclu həmin icra sənədlərinin verilməsi üçün əsas olmuş məhkəmə qərarlarını ərizəyə əlavə etməmişdir. Belə olan hlda ərizənin borclunun tələb etdiyi qaydada təmin olunması mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədinin icra üsulunun dəyişdirilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar