Məhkəmə qərarları › İş №8(007)-13/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-13/2025

17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-13/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(007)-561/2024 nömrəli qətnaməsinin izah edilməsi barədə ərizəsinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Qarşılıqlı iddia üzrə iddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verərək, bu qətnamə ilə onun üzərinə borclu kimi hansı məbləğlərin məcburi ödənilməsi öhdəliyinin qoyulması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir.

2. İlk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1rşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə X5 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə X3 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMCn ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçı "xxxx" MMC-nin müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

4. Ərizə onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək cavabdeh olaraq ondan 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilməsi və məhkəmə xərclərinə aid olan 355 manat dövlət rüsumunun 4 manatı ona 351 manatı "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir. Bundan başqa həmin qətnamə ilə qarşılıqlı iddia təmin edilərək "xxxx" MMC ilə onun arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və hazırda Nizami Rayon İcra Şöbəsinin icraatındadır. İcra məmuru Ceyhun Mustafayev xx.xx.2024-cü il tarixdə onun qəbulunda olarkən şifahi olaraq ona "xxxx" MMC ilə onun arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində borcunun məcburi şəkildə ödəməyi və bunun icra sənədinə əsasən onun borcu olduğunu bildirmişdir. Bu öhdəliyin məhkəmə qətnaməsi ilə onun üzərinə öhdəlik kimi qoyulduğunu qeyd etdi. Əlavə olaraq 10 gün könüllü icra müddətində 105904 manat məbləğində borcunun ödənilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyini bildirdi. Lakin o, hazırda onun bu mövqeyi ilə razılaşmır.

İş materialları:

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən, ilk iddia qismən təmin edilmiş, cavabdeh X3 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan 355 manat dövlət rüsumunun 4 manatı X4, 351 manatı "xxxx" MMC-yə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" MMC ilə X5 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun X4 aid edilməsi qət edilmişdir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnamə üzrə xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.

İşdə iştirak edən tərəflər:

7. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmənin mövqeyi:

10. Məhkəmə ərizəni və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 561/2024 nömrəli, 03 aprel 2024-cü il qətnaməsini iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, qətnamənin izah edilməsinə dair ərizə rədd edilməlidir.

11. Belə ki, ərizədə qeyd edilir ki, “İcra məmuru Ceyhun Mustafayev xx.xx.2024-cü il tarixdə onun qəbulunda olarkən şifahi olaraq ona "xxxx" MMC ilə onun arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində borcunun məcburi şəkildə ödəməyi və bunun icra sənədinə əsasən onun borcu olduğunu bildirmişdir. Bu öhdəliyin məhkəmə qətnaməsi ilə onun üzərinə öhdəlik kimi qoyulduğunu qeyd etdi. Əlavə olaraq 10 gün könüllü icra müddətində 105904 manat məbləğində borcunun ödənilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyini bildirdi. Lakin o, hazırda onun bu mövqeyi ilə razılaşmır”.

12. Məhkəmənin e-2(007)-561/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə: - X3 ilk iddia üzrə 1000 manat cərimə məbləğinin və 4 manat dövlət rüsumunun tutulması qət edilmişdir. - Qarşılıqlı iddia üzrə isə 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur.

13. Göründüyü kimi qarşılıqlı iddia X5 tərəfindən verilmişdir. Qətnamədən aydın görünür ki, 105904 manat məbləğində pulun X3 tutulması yox, əksinə X2 105904 manat məbləğində ödənişin "xxxx" MMC tərəfindən qəbul edilməsi və maliyyə arayışının verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur.

14. Göründüyü kimi qətnamədə qeyd edilən məsələlərin izah edilməsinə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, qətnamə kifayət qədər aydın yazılıb və bu səbəbdən qətnamənin izah edilməsinə zərurət yoxdur.

Nəticə:

15.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMCnin cavabdeh X1rşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizələri üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(007)-561/2024 nömrəli qətnaməsinin izah edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçı X2 ərizəsi rədd edilməlidir. 16.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X1rşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizələri üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(007)-561/2024 nömrəli qətnaməsinin izah edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçı X2 ərizəsi rədd edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar