Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-130/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar, Borclu nümayəndəsi X1 iştirakı ilə, Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-46/2020 saylı, 17.03.2020-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu alınaraq icra sənədində qeyd edilən dəyəri 4545 manat təşkil edən cehiz əşyaları, bu mümkün olmadıqda onların dəyəri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 6/5A-da yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin satılmasından əldə edilmiş 39360 manat pulun A hissəsi olan 19680 manat və “Mersedes” markalı AZ **-HD-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə edilən 10.000,00 manat məbləğin ¼ hissəsi olan 5000,00 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar verilməlidir. İcra məmurunun təqdimatına əsasən, Borclu mülkiyyətində avtomobil aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında verilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-23/2022 saylı, 19.01.2022-ci il tarixli qərardadı ilə mülkiyyətində olan “VAZ 21154” minik markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, həmin nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tələbkar şöbəyə təqdim etdiyi ərizəyə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-46/2020 saylı, 17.03.2020-ci il tarixli icra sənədini «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, məhkəməyə qaytarılmalı və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-23/2022 saylı, 19.01.2022-ci il tarixli qəradadı ilə “VAZ 21154” minik markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunmuşdur. Məhkəmə iclasında borclunun nümayəndəsi X2 təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar avtomobilin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini bildirdi. Təqdimat vermiş icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş, Tələbkar Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə ünvanladığı 11.04.2022-ci il tarixli ərizəsindən görünür ki, Borclu Tələbkar xeyrinə tutulmalı olan 19680 manat və 5000 manat pul ödənildiyi, əşyalarını götürdüyü üçün həmin icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır. Ona görə də, icra məmurunun təqdimatı təmin edilməli, avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-46/2020 saylı, 17.03.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına olan “VAZ 21154” minik markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-23/2022 saylı, 19.01.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-130/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-130/2022
28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver