Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-134/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızınun sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3165/2019-008 saylı, 01.11.2019cu il tarixli icra sənədinə əsasən, Borclu sığorta ödənişinin əvəzi hesabına 2250,00 manat, dövlət rüsumunun əvəzi hesabına 30,40 manat olmaqla, cəmi 2280.4 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata 06.01.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışına əsasən Borclu mülkiyyətində “QAZ” yük markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobil aşkar edilmişdir. Beləliklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3165/2019-008 saylı, 01.11.2019-cu il tarixli icra səndinin icrasının təmin edilməsi məqsədi Borclu mülkiyyətində “QAZ” yük markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələbkar "xxxx" ASC 25.04.2022-ci il tarixdə vəsatət verərək QAZ” yük markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatın təmin təmin edilməsi barədə qərar qəbul edilməsini və təqdimata iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi 27.04.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq zərurət aradan qalxdığından 13.04.2022-ci il tarixli təqdimatı baxılmamış saxlayaraq icra etmədən qaytarılmağını xahiş etmişdir. Məhkəmə iclasında Borclu borcu ödədiyini bildirdi və təqdimatın geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi zərurət aradan qalxdığı üçün təqdimatı baxılmamış saxlayaraq icra etmədən qaytarılmağını xahiş etdiyi üçün təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3165/2019-008 saylı, 01.11.2019cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə QAZ” yük markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair təqdimat geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-134/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-134/2022
28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver