Məhkəmə qərarları › İş №8(007)-136/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-136/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-136/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2910/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun “əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 8(007)-21/2023 saylı, 16 02.2023-cü il tarixli qərardadını ləğv edərək Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8, 53 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar:

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2910/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu və X3 müştərək qaydada 11500 manat məbləğində pul tutularaq X1 ödənilməlidir. Dəyəri 3500 manat olar 750 əyyarlı, çəkisi 35 qram olan 1 ədəd qarnitur (mavi qaşlı, boyunbağı, sırğa, qolbaq, üzük, dəyəri 5600 manat olan 585 əyyarlı, çəkisi 70 qram olan komplekt (boyunbağı, sırğa, qolbaq, üzük), dəyəri 3000 manat olan 750 əyyarlı, çəkisi 30 qram olan qızıl klonsep, dəyəri 650 manat olan 585 əyyarlı çəkisi 10 qram olan çeyrək qızıl-zinət əşyalarının cavabdehlər Borclu və X3 alınaraq iddiaçıya geri qaytarılsın, qızıl-zinət əşyaları olmadığı təqdirdə onların ümumi dəyəri olan - 12750 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq X1 ödənilməlidir. İddianın təmin tədbiri nəticəsində Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, Əlağa Kürçaylı küçəsi, ev 8, 53 saylı mənzilin üzərinə icra məmurunun təqdimatına əsasən Nizami Rayon Məhkəməsinin 8(007)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclular Borclu və X4 borcu tam ödədiyindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8, 53 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir.

İşdə iştirak edən şəxslər:

3. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

4. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur.

İş materialları:

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2910/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Borclu və X3 müştərək qaydada 11500 manat məbləğində pulun tutularaq X1 ödənilməsi, dəyəri 3500 manat olan 750 əyyarlı, çəkisi 35 qram olan 1 ədəd qarnitur (mavi qaşlı, boyunbağı, sırğa, qolbağ, üzük), dəyəri 5600 manat olan 585 əyyarlı, çəkisi 70 qram olan komplekt (boyunbağı, sırğa, qolbağ, üzük), dəyəri 3000 manat olan 750 əyyarlı, çəkisi 30 qram olan qızıl klon-sep, dəyəri 650 manat olan 585 əyyarlı çəkisi 10 qram olan çeyrək qızıl-zinət əşyalarının cavabdehlər Borclu və X3 alınaraq iddiaçıya geri qaytarılması, qızıl-zinət əşyaları olmadığı təqdirdə onların ümumi dəyəri olan 12750 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq X2 ödənilməsi qət edilmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-21/2023 saylı, 16 02.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2910/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur.

8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb xx.xx.2023-cü il tarixli qəbzə əsasən tam şəkildə təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2910/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2910/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Borclu və X3 müştərək qaydada 11500 manat məbləğində pulun tutularaq X1 ödənilməsi, dəyəri 3500 manat olan 750 əyyarlı, çəkisi 35 qram olan 1 ədəd qarnitur (mavi qaşlı, boyunbağı, sırğa, qolbağ, üzük), dəyəri 5600 manat olan 585 əyyarlı, çəkisi 70 qram olan komplekt (boyunbağı, sırğa, qolbağ, üzük), dəyəri 3000 manat olan 750 əyyarlı, çəkisi 30 qram olan qızıl klon-sep, dəyəri 650 manat olan 585 əyyarlı çəkisi 10 qram olan çeyrək qızıl-zinət əşyalarının cavabdehlər Borclu və X3 alınaraq iddiaçıya geri qaytarılması, qızılzinət əşyaları olmadığı təqdirdə onların ümumi dəyəri olan 12750 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq X2 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-21/2023 saylı, 16 02.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2910/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2910/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə icra məmuru tərəfindən xitam verilməsi qərara alınmışdır.

Məhkəmənin mövqeyi:

10. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır.

11. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2910/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu tələb olunan borc tam ödənildiyi üçün ona məxsus olan mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir.

Nəticə:

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-21/2023 saylı, 16 02.2023-cü il tarixli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 8 saylı evin 53 saylı mənzilinin üzərinə qoyulmuş həbs götürülməlidir.

13. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-21/2023 saylı, 16 02.2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 8 saylı evin 53 saylı mənzilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar