Məhkəmə qərarları › İş №8(007)-137/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-137/2022

29.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-137/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Borclu X2 məcburi gətirilməsi barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2020 saylı, 17.09.2020-ci il tarixli icra sənədinə əsasən, iş üzrə borclu X1 3398,26 manat pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə tutulmalı və məhkəmə-mühasibatlıq eksperizasının keçirilməsinə sərf edilmiş 145 manat borcludan dövlət büdcəsinə ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata 02.10.2015-ci il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə borclu X3 icra sənədində qeyd edilən ünvana ünvan 1fələrlə yazılı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan borclu X2 inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2020 saylı, 17.09.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X2 polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmənin icra sənədi üzrə borclu olan X3 icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, həmin borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Göstərilənlərə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2020 saylı, 17.09.2020-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 63 ünvanında qeydiyyatda olaraq yaşayan X3 məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar