Məhkəmə qərarları › İş №8(007)-138/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-138/2022

11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-138/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, ünvan 2i Rayon Məhkəməsinin 2(007)-227/2022 nömrəli, 25.10.2021-ci il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsi” barədə ünvan 2i Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 2i Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ünvan 2i Rayon Məhkəməsinin 2(007)- 227/2022 nömrəli, 25.10.2021 -ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 31 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 sentyabr 2021-ci tl tarixdən başlayaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi icraata 27.01.2022-ci il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bır münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə borclu X2 icra sənədində qeyd edilən ünvana ünvan 1 dəfələrlə yazılı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası 84-ci maddəsini rəhbər tutaraq X1 məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında 18.04.2022-ci il tarixli qərardan görünür ki, ünvan 2i Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli 2(007)-227/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 96, mənzil 103 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada ünvan 2i Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. - ünvan 2i Rayon Məhkəməsinin 2(007)-227/2022 saylı, 25.10.2021-ci il tarixli icra vərəqəsindən göründüyü kimi, Borclu ilə Tələbkar arasında ünvan 2i Rayon Qeydiyyat Şöbəsində 27 iyun 2012-ci il tarixdə bağlanmış və 780 №-si ilə qeyd edilmiş nikahın pozulması, 31 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Tələbkar himayəsində saxlanılması, Borclu 31 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. - 27.01.2022-ci il tarixli Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, ünvan 2i Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli 2(007)-227/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. - 27.01.2022-ci tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, ünvan 2i Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli 2(007)-227/2022 nömrəli icra sənədinin 10 gün müddətində könüllü icrası borcludan xahiş edilmiş, üzrsüz səbəbdən icra sənədi icra edilmədikdə isə icranın məcburi qaydada təmin ediləcəyi, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Eyni zamanda Borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Borclu icra şöbəsinə gəlməkdən qəsdən boyun qaçırmışdır, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 96, mənzil 103 ünvanında qeydiyyatda olan Borclu ünvan 2i Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası ünvan 2i Rayon Polis İdarəsinə və ünvan 2i Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ünvan 2i Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar