Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-142/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Borclu X3 iştirakı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-396/2021 nömrəli, 23.06.2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-396/2021 nömrəli, 23.06.2021-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 396/2021 nömrəli, 23.06.2021-ci tarixli icra sənədinə əsasən borclu X2 hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 50 manat X5 qızının xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına 01.07.2021-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclu X3 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmıdiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunvericiliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırki vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Borclu X4 izahat verərək göstərdi ki, aliment borcunu birdəfəyə ödəyə bilməsə də mütamadi olaraq ödənişlər edir.Hal-hazırda bir ödəniş qəbzini məhkəməyə təqdim edir. Daha bir ödənişi yaxın günlərdə etmişdir, lakin tələbkar gəlib icra məmurundan pulu qəbul etmədiyinə görə ikinci qəbzi təqdim edə bilmir. Bundan sonra da hər ay ödəniş edəcək. Qeyd olunanlara əsasən təqdimatın təmin olunmamasını xahiş edir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin təqdimatına baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru, tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə hesab edir ki,borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Qısa müddət ərzində iki dəfə 200 manat olmaqla 400 manat ödəniş etmişdir. Bundan sonra hər ay mütəmadi olaraq icra sənədini icra edəyəcəyinə təminat verir.Ona görə də təqdimat təmin olunmamalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-396/2021 nömrəli, 23.06.2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(007)-142/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-142/2022
27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver