Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-142/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2024cü il tarixli qərarından tələbkar X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı qətnaməsi ilə cavabeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə X6 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X6 tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 (yüz üç min altı yüz altmış dörd) manat pulun "xxxx" MMC-dən alınaraq X4 ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair müqavilənin X5 mərhum həyat yoldaşı X10 adından dəyişdirilərək iddiaçı X5 adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ona aid edilməsi, ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manatın cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1984/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə göndərilmiş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Maraqlı şəxs böyük icra məmuru Tahir Ağayev tərəfindən xx.xx.2024-cü il tarixli qərar ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. Hazırda tələbkar X8 məhkəməyə şikayət ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Nizami rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilib, icra məmurunun həmin hərəkətlərinin qanunsuz hesab edilib icra tədbiri üzrə hərəkələrin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 1984/2023 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmiş, Maraqlı şəxs icra məmuru Tahir Ağayev tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin hazırki tarixə kimi sözügedən məhkəmə qərarı icra edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Nizami rayon İcra şöbəsi tərəfindən Nizami rayon Məhkəməsində X2 iddiası əsasında müvvəqəti təmin tədbiqi kimi əmlak üzərinə həbs qoyulmuş və həmin qərardad əsas götürülərək, İcra haqqında qanunun 17-ci maddəsinə istinad edilərək, icra sənədinin icrasının dayandırılması barədə qərar qəbul edilmişdir. Hansı ki, sözgedən qərar qanunsuzdur və icra sənədinin dayandırılması üçün əsaslar yoxdur. Belə ki, əvvəla icra sənədi üzrə icraatın dayandırılması barədə əsas olan məhkəmə qərarı həmin əmlak üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təmin tədbiridir. Əmlak üzərinə həbs qoymaq müvafiq olaraq icra sənədinin icrasını və həmin əmlakın alınıb verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılma əsası deyildir. Sözügedən müvəqqəti təminat tədbirləri siyahısında MPM-nin 158.1.5-ci maddəsi üzrə borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq kimi təmin tədbiri nəzərdə tutulmuş və belə bir təmin tədbiri hazırkı iş üzrə mövcud deyildir. Eləcə də, İcra haqqında Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulan icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədinin icrasının dayandırılmasını əsas göstərilmişdir. Hazıkı iş üzrə qeyd edilən maddəyə icra məmurunun istinad etməsi tam əsassızdır. Çünki belə bir tələblə bağlı mübahisə yoxdur və yalnız əmlakın üzərinə həbs qoyulması barədə məhkəmə qərarı mövcuddur ki, o da qeyd edilən maddənin təsir dairəsinə düşmür. Qeyd edilən maddə, yəni müvafiq olaraq, hazırda icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair mübahisədən söhbət getmir və belə bir mübahisə məhkəmədə mövcud deyildir. Söhbət məhkəməyə çəkilmiş xərcdən gedir ki, o da qeyd edilən icra sənədinin və onun verilməsinə əsas olan tələbə dair mübahisəni ehtiva etmir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət qismən təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1.4-cü maddəsinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Mülki Proessual Məcəlləsinin 158.1.5-ci maddəsinə görə borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq barədə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Məhkəmə tərəfindən icra işi tələb edilərək öyrənilmiş və məlum olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzili üzərinə həbs qoyulması və qərardadın xx.xx.2024-cü il tarixədək qüvvədə olması qərara alınmışdır. Həmin qərardaddan X8 tərəfindən şikayət verilmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16(103)- 294/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-72/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadının seçilmiş müvəqqəti təminat tədbirinin növü hissəsində dəyişdirilməsi, qərardadın 13 aprel 2024-cü il tarixdən qüvvədən düşdüyü nəzərə alınmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilin özgəninkiləşdirilməsinin X7 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmçinin, "xxxx" MMC X7 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia qaldırmış, həmin iddia əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)- 53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nizamı rayonu, M Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-837/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(103)-182/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1984/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı mövcud olduğu üçün xitam verilmiş və iddiaçıya izah olunmuşdur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Hazırda məhkəmə şikayətin dəlillərinə qiymət verərək bildirir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarında icra sənədinin dayandırılması səbəbi kimi qeyd edilmişdir ki, cavabdeh X3 Səbail Rayon Məhkəməsinə verdiyi iddia əsasında həmin məhkəmənin iddianın təmin tədbiri ilə bağlı qərardadı ilə Bakı şəhəri, Nizamı rayonu, M Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. “İcra Haqqında” Qanunun 17-ci maddəsinə əsasən icra sənədinin və onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydadasında mübahisə qaldırıldığında, əgər bu mübahisəyə qanunla yol verilirsə icra sənədinin icrası məcburi qaydada dayandırılmalıdır. Hansı ki, qərarda istinad edilən “İcra Haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Hazırda borclu X6 tərəfindən hər hansı bir iddia qaldırılmamış, "xxxx" MMC-nin Səbail Rayon Məhkəməsində verdiyi iddiasına isə məhkəmə tərəfindən xitam verilmişdir. Məhkəmə icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iddianın təmin tədbiri ilə bağlı icraatın dayandırma hissəsi ilə bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16(103)-294/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin 16(007)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tətbiq edilmiş həbs təminat tədbiri mənzilin özgənikiləşdirilməsinin qadağan edilməsi tədbiri ilə dəyişdirilmişdir. Məhkəmə qərardadında xüsusi ilə qeyd edilmişdir ki, “məhkəmə tərəfindən elə bir məhdudiyyət tədbiri seçilməlidir ki, təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməklə bərabər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 182/2023-016 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müvafiq icra hərəkətlərinin aparılmasına maneçilik törətməsin”. Apellyasiya instansiya məhkəməsi qərardad qəbul edərkən və başqa təminat tədbiri tətbiq edərkən hazırki icra sənədinin icrasına maneçilik törətməməsinə xüsusilə diqqət yetirmişdir. Göründüyü kimi, mübəhisəli mənzilin üzərinə qoyulmuş müvəqqəti təminat tədbirləri üzrə qeyd olunan icra sənədinin icrasının dayandırılması üçün heç bir əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırda icra işi üzrə icraatın dayandırılması üçün borclu X3 iddia tələbi olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən olunmuş müvəqqəti təminat tədbirinin müddəti bitdiyindən, "xxxx" MMC-nin X7 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia icraatına xitam verildiyindən, həmin iş üzrə qoyulmuş müvəqqəti təminat tədbirinin hazırki icra sənədi üzrə icraatın dayandırılmasına səbəb olmadığından, icraatın dayandırılması barədə qərarda onun dayandırılmasına səbəb olan hallar mübahisəli mənzillə bağlı mövcud faktiki hallara uyğun əks olunmadığından şikayət qismən təmin edilməli, Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı icra sənədi üzrə “icra sənədi üzrə icraatın dayandırılması barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icraat davam etdirilməli, şikayət qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilmədiyi və xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməli olması səbəbindən qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı icra sənədi üzrə “icra sənədi üzrə icraatın dayandırılması barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-142/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-142/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver