Məhkəmə qərarları › İş №8(007)-144/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-144/2023

10.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-144/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4251/2021 saylı, 11.10 2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 5460 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra məmurunun təqdimatına əsasən, Borclu mülkiyyətində avtomobil aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “KİA Optima” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbkar "xxxx" MMC-nin şöbəyə təqdim etdiyi bildirişə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli sənədi «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, məhkəməyə qaytarılmışdır. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş, tələbkarın icra qurumuna ünvanladığı xx.xx.2023cü il tarixli bildiriş ilə tələbkar kredit müqaviləsinə əsasən borclunun kredit borcunu xx.xx.2023-cü il tarixdən tam ödədiyini və hal-hazırda "xxxx" MMC-yə borcu olmadığını bildirmiş, nəticədə icra şöbəsi xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4251/2021 saylı, 11.10 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır. Ona görə də, icra məmurunun təqdimatı təmin edilməli, avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4251/2021 saylı, 11.10 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “KİA Optima” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar