Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-145/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsi icra məmuru Əlihüseyn Aslanov Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8233/2020-021 nömrəli, 03.12.2020-ci il tarixli qərarına əsasən, Qəbələ rayonu, Laza kəndində Borclu məxsus 0,06 ha torpaq sahəsinin 3/5 hissəsi üzərində X1, 2/5 hissəsi üzərində isə Borclu mülkiyyət hüquqları tanınması, Borclu Bakı şəhəri, Nizami rayonu, E.Sülevmanov küçəsindəki 126 saylı evin, 172 nömrəli mənzildə olan servant, güzgü, televizor altlığı, stol və 6 ədəd stul, divan və jurnal masası, 1 ədəd çilçıraq, pərdələr və tüllər, 5 ədəd palaz, 2 ədəd bənövşəyi rəngdə vaz və güldan, 1 ədəd tozsoran, 1 dəst yataq mebeli, 1 ədəd çilçıraq, 1 ədəd bənönşəyi rəngli örtük (pakrıval), 1 ədəd sarı rəngli örtük (pakrıval), 2 ədəd yorğan, 2 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd divar saatı, 1 ədəd soyuducu, 1 ədəd elektrik sobası, 1 ədəd qazan dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ətçəkən maşın, 1 ədəd mətbəx stolu və 4 ədəd stul, 3 dəst servislər və bütün qabqacaqları, 1 ədəd uşaq çarpayısı, 1 ədəd televizor, 1 ədəd uşaq maşını, 1 dəst uşaq üçün yazı masası və stulu, 1 ədəd divan, uşaq üçün yemək stolu, uşaq oyuncaqları və paltarlarından ibarət olan əşyalar alınaraq X2 verilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 99,55 kv.ın, yaşayış sahəsi 49,74 kv.m, yardımçı sahəsi 46,81 kv.m olan 2 otaqlı mənzilin üzərində 1/5 (beşdə bir) hissədə X1, 4/5 hissədə Borclu payları müəyyən olunması qərara alınmışdır. İcra sənədi 19.08.2021-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında icra sənədi üzrə Borclu izahat verərək bildirdi ki, o, icra məmurunun çağırışlarından yayınmır. Buna görə də barəsində verilmiş təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Hazırkı halda, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd verilmiş təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin borclu könüllü şəkildə məhkəmə iclasına gəldiyindən, məhkəmə hesab edir ki, icra məmurunun həmin borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməli, icra məmuru tərəfindən icraatındakı olan icra sənədi üzrə qanunla müəyyən olunmuş təsirli icra tədbirləri həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-145/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-145/2022
04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver