Məhkəmə qərarları › İş №8(007)-145/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-145/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-145/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlanıması haqında qərarından borclu X19 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsi ilə iddiaçı X4 cavabdeh Məmmədova Leyla Nazim qızına qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, iddiaçı Məmmədova Leyla Nazim qızının cavabdehlər X16 və X7, X9, Baki Şəhəri 16 saylı Notariat Ofisi, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsindən iddiaçı X7 və cavabdeh Məmmədova Leyla Nazim qızı tərəifndən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)- 275/2021 saylı qətnaməsinin yoxlanılan hissədə, yəni “cavabdeh Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinin təmin olunması hissəsində, həmçinin “cavabdeh Məmmədova Leyla Nazim qızının qeyd edilən mənzildən çıxarılması” tələbinin rədd olunması hissəsində ləğv edilməsi, ilk iddianın qeyd edilən hissələrdə qismən təmin olunması, cavabdeh Məmmədova Leyla Nazim qızının iddiaçı X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-137/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3334/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmiş, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda borclu X19 məhkəməyə şikayət ilə müraciət edərək, Nizami Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlanıması haqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Baki Şəhəri 16 saylı Notariat Ofisi, X16 və X1rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət edərək, Bakı Şəhəri 16 saylı Notariat X2 ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına verilmiş 07 avqust 2019-cu il tarixli, ********** qeydiyyatı nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışlar ki, Məmmədova Leyla Nazim qızı cavabdeh X16 ilə 07 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, Səadət Qeydiyyat şöbəsi tərəfindən tərəflərə bu barədə 07 oktyabr 2010-cu il tarixli, 1244 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə ər və arvad tərəfindən ünvan 1 ünvanında 39 nömrəli mənzil alınmışdır. Məmmədova Leyla Nazim qızı və cavabdeh övladları xx.xx.2006-cı il təvəllüdlü X18 və xx.xx.2007-ci il təvəllüdlü X14 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh Məmmədov Həsən birgə nikah dövründə alınmış xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan 39 nömrəli mənzili ünvan 2i alqı-satqı müqaviləsi ilə nikahdankənar münasibəti olduğu X4 adına rəsmiləşdirmişdir. Həmin alqısatqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu barədə Məmmədova Leyla Nazim qızı cavabdeh X7 yaşadığı və qeydiyytda olduğu mübahisə predmeti olan evə gəlib, onun və övladlarının evdən çıxmağını tələb edərkən məlumatlı olmuşdur. İddiaçı Məmmədova Leyla Nazim qızının notarial razılığı olmadan Məmmədov Həsən ilə X7 ilə bağlanmış xx.xx.2019-cu il tarixli alqı satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab edilməlidir. Bakı şəhəri 16 saylı Notariat Ofisi Notariat haqqında qanunun və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələbini pozaraq Məmmədov Həsən ilə X7 arasında qanunsuz xx.xx.2019-cu il tarixli alqı satqı müqaviləsi bağlamışdır. Göründüyü kimi, Məmmədov Həsən ilə X7 ilə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi mülki qanunvericiliyin şərtlərini pozmaqla bağlanmışdır. Etibarnamə müddəti 1 il keçdikdən sonra 2019-cu il tarixdə alqı satqı edilmişdir. Bir sözlə 23 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya qərarına əsasən Azərbaycanda olmayan qətnamə və ya qərar qanundankənar qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(007)-1788/2020 nömrəli qərardadına əsasən, məhkəmənin icraatında olan iddiaçı X4 cavabdeh Məmmədova Leyla Nazim qızına qarşı mülkiyyətçi hüququnu pozan hərəkətlərə son qoyulması tələbinə dair 2(007)-1788/2020 nömrəli və iddiaçı Məmmədova Leyla Nazim qızının cavabdeh X1rşı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(007)-1885/2020 nömrəli mülki işlərin baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Məmmədova Leyla Nazim qızı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair Həsən Məmmədov ilə X9 arasında xx.xx.2016-cı ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat qeydiyyat haqqında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi, yenidən X9 ilə cavabdeh Məmmədov Həsən arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasənda daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyat, qeydiyyat haqqında verilməş ******* nömrəli çıxarışın ləğv edilməsi, Məmmədov Həsən ilə X7 arasında bağlanmış AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cıı il tarixli, ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiasını onunla əsaslandırmişdır ki, X11 vermiş olduğu etibarnamə 2018-ci il tarixdə müddəti bitdikdən sonra, 2019-cu il tarixdə X16 qeyri-rəsmi münasibətdə olduğu X6 ilə alqı-satqı edilmişdir. Nizami Rayon Məhkəməsi 2(007)-275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun iddiasını təmin etməmiş, iddiaçı-cavabdeh X4 iddiası qismən təmin edilərək X4 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarının həyata keçirməyinə mane olan hərəkətlərə Məmmədova Leyla Nazim qızı tərəfindən son qoyulması, Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, iddiaçıcavabdeh X4 iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bununla da onun və övladlarının hüquqları kobudcasına pozulmuşdur. Bundan sonra, o, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7650/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Məmmədova Leyla Nazim qızın apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin X4 iddia tələbinin “cavabdehin mənzildən çıxarılması” barədə təmin edilməyən hissəsində və “qətnamə Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməsi, iddia tələbinin “cavabdehin mənzildən çıxarılması” hissəsində təmin edilməsi, cavabdeh Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzildən çıxarılması qət edilmişdir. Bununla da onun övladları ilə Bakı şəhəri, Nizami Rayonu, Bəkir çobanzadə ev 45, 39 saylı mənzildən çıxarılmağı Konstitusiya Məhkəməsinin qərarına əsasən hüqularını kobudcasına pozmuşdur. Bundan sonra o, kassasıya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, Valentina Vorobyevanın iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-476/22 saylı xx.xx.2022-ci il tarixli qərarı cavabdeh Məmmədova Leyla Nazim qızının kassasiya şikayəti qismən təmin edilərək. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-7650/2021 saylı qətnaməsi qismən iddiaçı X4 iddiasınıncavabdeh Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45 saylı evin 39 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilməsi qərara alınaraq, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılaraq, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3334/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh Məmmədova Leyla Nazim qızına qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, iddiaçı Məmmədova Leyla Nazim qızının cavabdehlər X16 və X7, X9, Baki Şəhəri 16 saylı Notariat Ofisi, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsindən iddiaçı X7 və cavabdeh Məmmədova Leyla Nazim qızı tərəifndən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsinin yoxlanılan hissədə, yəni “cavabdeh Məmmədova Leyla Nazim qızının Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinin təmin olunması hissəsində, həmçinin “cavabdeh Məmmədova Leyla Nazim qızının qeyd edilən mənzildən çıxarılması” tələbinin rədd olunması hissəsində ləğv edilməsi, ilk iddianın qeyd edilən hissələrdə qismən təmin olunması, cavabdeh Məmmədova Leyla Nazim qızının iddiaçı X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, iddiaçı X4 iddiasının tam rədd edilməsi, iddiaçı Məmmədova Leyla Nazim qızının iddia tələblərinin isə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-137/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə cavabdeh Məmədova Leyla Nazim qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyun 2022-ei il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının Qərarında tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmiş və normativ hüquqi akt düzgün şərh edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı Mülki Məcəllənin 228-ci maddəsinə əsasən düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, Leyla Məmmədovanın sözügedən mənzildə istifadə hüququrun olması işin mübahisə olunmayan halıdır və bu hüquq onun həmin mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi Həsən Məmmədova münasibətdə mənzilin əldə olunduğu 27 sentyabr 2014-cü il tarixdən əmələ gəlib və o, iki övladı ilə birlikdə qeydiyyatda olmaqla həmin vaxtdan fasiləsiz və etirazsız olaraq mənzildə yaşayır. Apellyasiya instansiyası məhkəməsi, Həsən Məmmədovun 2018-ci il tarixdə qüvvədən düşmüş etibarnamə xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən mənzili Valentina Vorobyovaya satması və beləliklə də mülkiyyət hüququnun tərkib hissəsi olan Leyla Məmmədovanın mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verildiyi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq Bakı apellyasiya Məhkəməsinə qəytarıması barədə qərar qəbul etmişdir. Belə ki, əvvəla mübahisəli mənzil sonuncu dəfə hədiyyə şəkilində Həsən Məmmədovun mülkiyyətinə keçmiş olsa da, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzilin mülkiyyətçisi Həsən Məmmədovun onunla birgə yaşayan ailə üzvü kimi Leyla Məmmədovanın mənzildən onunla bərabər istifadə etmək hüququ olub. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2-ci, 158.3-cü və 228.4-cü maddələrin tələblərini pozaraq, sözügedən mənzilə mülkiyyət hüququnun X12 Vorobyovaya keçməsinin Leyla Məmmədovanın mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas sayılmamasını nəzərə almayıb. Halbuki, qeyd olunan maddələrin mənasına görə, mənzilə mülkiyyət hüququnun keçməsi mənzildən istifadə hüququna xitam verilməsi üçün o, vaxt əsas ola bilər ki, mənzilə istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmüş olsun, habelə əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Hazırki işdə qeyd olunan hallar istisna olunur və Leyla Məmmədovanın üzərinə belə bir öhdəlik götürməsi mülki iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 228.4-cü maddəsinin təfsirində səhvə yol verərək, mənzildə qanuni əsaslarla istifadə hüququ olan Leyla Məmmədovanın mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürüb-götürmədiyini, mənzili alqısatqı müqaviləsi üzrə əldə etmiş Valentina Vorobyovanın həmin mənzilin Leyla Məmmədovanın istifadə hüququ ilə yüklülüyünün olmasına münasibətdə vicdanlı olubolmadığını araşdırmadan, sonuncunun iki övladı ilə birlikdə 27 sentyabr 2014-cü ildən fasiləsiz və etirazsız olaraq qeydiyyatda olmaqla sözügedən mənzildə yaşamasını nəzərə almadan, habelə X15 Vorobyova arasında olan münasibətlərə (Leyla Məmmədovanın izahatına görə onlar arasında faktiki ər-arvad münasibətləri vardır) aydınlıq gətirmədən, yalnız mənzilə mülkiyyət hüququnun sonuncuya keçməsini əsas tutub Leyla Məmmədovanın mənzildən istifadə hüququna xitam vermişdir. Digər tərəfdən, işdən görünür ki, Leyla Məmmədovanın əri Həsən Məmmədovun adına verdiyi 12 avqust 2017ci il tarixli etibarnamənin müddəti 12 avqust 2018-ci il tarixdə bitdiyi halda, sonuncunun arvadı Leyla Məmmədovanın adından imzaladığı 21 iyun 2018-ci il tarixli razılıq ərizəsi əsas tutularaq mənzil 09 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Valentina Vorobyovaya satılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mənzilə mülkiyyət hüququ Valentina Vorobyovaya keçərkən sözügedən etibarnamə qüvvədə olmadığı üçün, alqı-satqı müqaviləsinin rəsmiləşdirilrnəsindən (1 il əvvəl) Həsən Məmmədovun arvadı Leyla Məmmədovanın adından imzaladığı razılıq ərizəsi sonuncunun mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməsi kimi qiymətləndirilə bilməz Eyni zamanda, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Mülki Məcəllənin 228.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı onun hüquqlarını köbucasına pozmuşdur. Azyaşlı övladlarını belə düşünməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3334/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilməsədən saxlanılaraq xx.xx.2023-cü il tarixdə Nizami rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Nizami Rayon İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlanma haqqında qərar qəbul edərək xx.xx.2023-ci il tarixində icraata başlanma haqqında bildiriş göndərilmişdir. Nizami rayon İcra və Probasiya şöbəsinin iş üzrə icraata başlanması əsasız və ədalətsiz və qanunsuzdur. Nizami rayon icra şöbəsinin həmin icra məmuru ilk olaraq övladlarının yetkinlik yaşına çatanadək, hər ay hər uşağa 200 manat aliment pulunu borclu X10 bu günə kimi almamışdır. Aliment borcu 5000 (beş min) manatı keçmişdir. Həmçinin onun və övladlarının ünvan 1, 39 saylı mənzildən başqa qalacaq yeri yoxdur. O, gələcəyə əsgər yetişdirir, Ən əsası isə Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Şikayəti icraata qəbul olunmuşdur. Bütün bunlar da Nizami rayon icra və Probasiya şöbəsinin xx.xx.2023ci il tarixli icraata başlanma haqqında qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında borclu X19 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Onun şikayətinin Konstitusiya Məhkəməsi tərəfindən icraata qəbul edilməsi barədə hələ qərar qəbul edilməmişdir. ünvan 3 ünvanlayaraq hazırki iş üzrə keçirilən bütün məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, digər tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək dayandırılır. 19.1.6-cı maddəsinə əsasən, icraat icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. 19.2-ci maddəsinə əsasən, icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə (20.1.1), məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə (20.1.2), tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə (20.1.3), icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə (20.1.4), qanun əsasında borclunun dövlətə olan borcu silindikdə (20.1.4-1), qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (20.1.4-2), icra sənədi tam icra olunduqda (20.1.5) xitam verilir: Məhkəmə qeyd edir ki, borclu X19 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023 saylı, xx.xx.2023-cü il qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət vermiş və şikayət xx.xx.2023-cü il tarixdə Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və Şikayətlər Şöbəsi tərəfindən qəbul edilmişdir. Şikayətin icraata götürülməsi barədə qərar qəbul edilməmişdir. Hazırda borclu şikayət verdiyi üçün icra məmurunun icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilib icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hansı ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, qeyd olunan hallar icra sənədi üzrə icraata xitam verilməsi üçün deyil, icraatın dayandırılması üçün əsasdır. Buna görə də borclu Konstitusiya Məhkəməsinə ünvanladığı şikayəti ilə əlaqədar onun icraata qəbul edilməsi barədə qərardad qəbul edilərsə icra şöbəsinə müraciət etməklə icra sənədi üzrə icraat dayandırılması hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 “Nizami Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlanıması haqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi” barədə şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 “Nizami Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlanıması haqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi” barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar