Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-147/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, X2 iştirakı ilə, X1, X10, X5 və X11 “qətnamənin hissə-hissə icra olunmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1, X10, X5 və X11 “qətnamənin hissə-hissə icra olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-(007)2026/2022 saylı qətnaməsinin hissə-hissə 06 ay müddətində icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2 (007)-2026/2022 saylı qətnaməsi ilə cavabdehlər X6, X7, X4 və X8 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə müştərək qaydada 11204,85 manat əsas, 622,14 manat faiz, 28,40 manat cərimə, cəmi 11855 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 125,57 manat məbləğində vəsait tutulması qət edilmişdir. Lakin, həmin məbləği birdəfəyə ödəmək imkanları yoxdur. Belə ki, onların maddi vəziyyəti ağırdır. Həmin məbləği onlar tələbkara hər ay hissə-hissə ödəyə bilərlər. X3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə verərək, digər ərizəçilərlə birlikdə qətnamənin hissə-hissə icra olunmasına dair ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin baxılmadan geri qaytarılması barədə ərizəni tədqiq edərək hesab edir ki, X1, X10, X5 və X11 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, X10, X5 və X11 “qətnamənin hissə-hissə icra olunmasına” dair ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-147/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-147/2023
01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver